Quba filialın qonaqları Quba Tarix–Diyarşünaslıq Muzeyini ziyarət ediblər

13.10.2022
Quba filialın qonaqları Quba Tarix–Diyarşünaslıq Muzeyini ziyarət ediblər
Özbəkistanın Surxandərya bölgəsində yerləşən Termiz Dövlət Universitetinin rəhbərliyi, doktorant və tələbələrdən ibarət 10 nəfərlik nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialına səfəri zamanı Quba Tarix – Diyarşünaslıq Muzeyini də ziyarət edib, Quba və ətraf ərazilərdə yerləşən tarixi abidələrlə tanış olublar.
Ziyarət zamanı filialın rəhbərliyi və əməkdaşları da Özbəkistandan gəlmiş nümayəndə heyətini müşaiyət etmiş, filialın direktoru dosent Yusif Alıyev qonaqlara Quba rayonun tarixi, mədəniyyəti, ziyalıları, son dövrlər görülən yenidənqurma və bərpa işləri ilə bağlı ətraflı məlumat vermişdir.
Qonaqlara Muzeyin direktoru Məryəm Hacıyeva da bildirib ki, Quba Tarix–Diyarşünaslıq Muzeyi 1924–cü ildə yaradılmışdır. 2015–ci ildə muzey müasir standartlara uyğun, ümumi sahəsi 1620 m2 olan, 3 mərtəbədən ibarət yeni binaya köçürülmüşdür. Muzeyin fondunda 11.000-ə yaxın eksponat qorunub saxlanılır.
Ekspozisiyada Quba xalçaları, XVIII – XIX əsrlərə aid milli geyim nümunələri, xalqın tarixi, mədəniyyəti, incəsənəti, tətbiqi sənəti, məişəti, tarixini əks etdirən eksponatlar nümayiş olunur.
Ümimilikdə Özbəkistanın Termiz Dövlət Universitetinin nümayəndə heyəti söhbət zamanı vurğulayıblar ki, bölgənin istər təbiəti, insanlarının qonaqpərvərliyi, Quba şəhərinin ümumi müasir görüntüsünün onlarda xoş təəssürat oyadıb.
Sonda Özbəkistanın Termiz Dövlət Universitetinin prorektoru Obidcan Shofiyev muzeyin xatirə kitabına öz ürək sözlərini yazıb, xatirə şəkli çəkdirilib
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?