Qazaxıstanın Elm və Təhsil Nazirliyi 2021-2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramı elan edib. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali təhsil müəssisələrində bakalavriat və magistratura təhsil səviyyələri üzrə oxumaq imkanı yaradır. Kvota olaraq hər təhsil səviyyəsi üzrə 5 yer müəyyənləşdirilib. Tədris dili qazax, rus və ingilis dilləridir.
Təqaüd proqramına müraciət üçün son tarix 30 aprel 2021-ci il nəzərdə tutulub.
Nə etməli?
-Təqaüd proqramına müraciət edəcək iddiaçılar Azərbaycan Respublikası Təhsil Nazirliyinin elektron ərizə sisteminə müraciət etməlidirlər – https://app.htp.edu.az/ Elektron qeydiyyatı düzgün şəkildə tamamlamış, bu elanın ümumi tələblərinə cavab verən namizədlər fərdi şəkildə keçiriləcək müsahibəyə dəvət olunacaqlar.
-Müsahibənin dəqiq vaxtı və yeri barədə məlumat namizədə elektron sistem vasitəsi ilə bildiriləcək.
-Elektron sistemə yüklənmiş sənədlərin notarial qaydada təsdiqini mütləq qaydada müsahibə zamanı əlaqədar şəxsə təqdim etməyiniz xahiş olunur.
-Müsahibə üçün təyin olunmuş vaxta 15 dəqiqədən çox gecikən şəxslər müsahibəyə buraxılmayacaq.
-Hər bir namizədlə keçiriləcək müsahibə 10-15 dəqiqə ərzində davam edir, müsahibədə audio-video çəkiliş aparılır.
-Seçim nəticələrinə dair apellyasiya şikayəti verilməsi nəzərdə tutulmur.
-Təhsil Nazirliyi tərəfindən namizədliyi təsdiq olunmuş şəxslərin adları Qazaxıstan tərəfinə təqdim ediləcək.
-Təhsil Nazirliyi tərəfindən təklif olunan və təsdiq üçün Qazaxıstan tərəfinə göndərilmiş namizədlərin sənədləri müraciətlərində qeyd etdikləri ali təhsil müəssisələrinə* seçim sıralamasına uyğun olaraq göndəriləcək.
-Ali təhsil müəssisələrinin seçim qaydaları bir-birindən fərqlənir və qəbul daxili qaydalarla tənzimlənir. Göstərilmiş universitetlərdən heç birinə qəbul ola bilməyən namizədlərin təqaüd hesabına təhsili mümkün olmayacaq.
-Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2021-ci ilin yay ayları ərzində təqdim olunması gözlənilir.
Proqram hansı xərcləri qarşılayır?
Təhsil haqqı, tədris vəsaitləri, yataqxana xərci, tibbi xidmət, nəqliyyat xərcləri qarşılanır. Təhsilalanlar aylıq təqaüdlə təmin eidlirlər. Azərbaycan vətəndaşlarının ildə bir dəfə gediş-gəliş xərcləri isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanır.
Hansı sənədlər tələb olunur?
-Ərizə forması (keçid)
-CV (rus və ya ingilis dillərində, maksimum 2-3 səhifə)
-Şəxsiyyət vəsiqəsinin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
-Ümumvətəndaş pasportunun ilk 3 səhifəsinin surəti;
-Sağlamlıq haqqında arayış (N86) və QİÇS (HIV/AIDS) xəstəliyinin olmamasına dair tibbi arayışın rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
-Attestat və ya orta ixtisas diplomunun (bakalavr dərəcəsinə müraciət edənlər üçün)
rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
-Bakalavr təhsili üzrə diplom və diploma əlavənin (magistratura dərəcəsinə müraciət
edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
-Bakalavr və magistratura təhsili üzrə diplom və diploma əlavənin (doktorantura dərəcəsinə müraciət edənlər üçün) rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
-Hazırda təhsil aldığınız təhsil müəssisəsi tərəfindən verilmiş təhsil aldığınıza dair arayış (qəbul olunduğunuz və məzun olacağınız tarix göstərilməklə) və ən son tarixli transkript/fənlər üzrə akademik göstəricilərin rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş surəti;
-2 ədəd 3×4 rəngli fotoşəkil.
-Motivasiya məktubu (250-500 sözlük, qazax, rus və ya ingilis dilində);
-Məhkumluq barədə arayış (rus və ya ingilis dilinə tərcümə-təsdiq olunmuş);
-Tövsiyə məktubu (rus, qazax və ya ingilis dilində);
-Dil sertifikatı (tədris dili ingilis dilində olan ixtisaslar üçün min İELTS 6.0, tədris dili rusdilində olan ixtisaslar üçün rus bölməsi üzrə təhsili aldığını təsdiq edən sənəd)
Müsahibə və sınədlər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış ola bilərsiniz.
Təqaüd proqramı ilə bağlı suallarınızı htpinfo@edu.gov.az elektron ünvanına göndərə bilərsiniz.