
Azərbaycan Turizm və Menecment Universiteti 5-6 may 2021-ci il tarixində tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Pandemiya dövründə keyfiyyətli tədrisin təşkili problemləri” mövzusunda online formatda beynəlxalq elmi-praktik konfrans keçirəcək.
Konfransda aşağıdakı istiqamətlər üzrə məruzələr dinləniləcək:
-Pandemiya dövründə təhsil və təlim: problemlər, imkanlar;
-Pandemiya dövründə turizm təhsilində beynəlxalq əməkdaşlıq;
-Turizm sənayesi üçün kadr hazırlığı: təlim və tədrisin daim dəyişən sənaye və əmək bazarının tələblərinə uyğunlaşdırılmasında prioritetlər;
-Pandemiya dövründə ali təhsilin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi.
Məqalə tərtibinə qoyulan tələblər və digər məlumatlar barədə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.