Pandemiya dönəmində yenilik – Kitab oxumaq üzrə onlayn motivasiya

Pandemiya dönəmində yenilik – Kitab oxumaq üzrə onlayn motivasiya

ADPU-nun Quba filialında növbəti bir ilkə imza atılıb: onlayn kitab oxusu üzərində müsabiqə təşkil edilib. Müsabiqə qaliblərinin təltifedilmə mərasimində filialın direktoru dosent Yusif Alıyev, Ədəbiyyat və  dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy, Ədəbiyyat və dillər kafedrasının dosenti f.e.d. Ramazan Qafarlı, direktor müavini Aysel Şeydayeva, Kitabxana müdiri Samirə Hacıyeva, baş müəllim Xudyar Daşdəmirov, TGT sədri Səyyad Nəcəfov və “Xəmsə” kitab klubunun sədri Sürahi Mehtiyeva, yarışma iştirakçıları və filialın bir çox tələbələri iştirak edib.

Qeyd edək ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialının rəhbərliyi və kollektivi qarşısında duran əsas hədəflərdən biri də gənc nəslin təlim – tərbiyəsi prosesində müxtəlif imkanlardan istifadə etməklə onların hərtərəfli şəxsiyyət kimi yetişdirilməsidir. Bunun üçün isə oxucu qarşısında yeni təcrübələrin, yeni imkanların, yeni hisslərin açılmasına şərait yaradan kitabların rolu çox böyükdür.
Bildiyimiz kimi pandemiya səbəbi ilə oxucular kitabxanalara gedə bilmir, yeni kitablardan uzaq düşür, qismən də olsa kitab oxumağa maraq azalmış olur. Bunun qarşısının alınması üçün filial rəhbərliyi tərəfindən irəli sürülən təşəbbüs nəticəsində elektron kitabxana yaradılmışdır. Bu elektron kitabxana fonduna marağın artırılması üçün isə filialda fəaliyyət göstərən “XƏMSƏ” kitab klubunun təşkilatçılığı ilə müxtəlif yarışlar və müsabiqələr keçirilir, filialın Kitabxana müdiri Samirə Hacıyevanın və XƏMSƏ Kitab klubun sədri Sürahi Mehtiyevanın birbaşa iştirakı ilə yaradılan whatsapp qrupunda onlayn kitablar paylaşılır, həmin kitablara diqqətin cəlb edilməsi məqsədi ilə klub sədri və sədr müavinləri tərəfindən mövzular ətrafında məlumatlar verilir.

Mütaliəyə marağın artırılması məqsədi ilə 14-Fevral Beynəlxalq Kitab Bağışlama günü ilə əlaqədar universitetimizdə yeni yarışmaya start verilmişdir. Yarışmanın şərtlərinə əsasən təşkilatçılar tərəfindən ayrılmış olan 8 kitab 1 ay müddətində yarışmada iştirak edən tələbələr tərəfindən oxunmalı və bu müddət bitdikdən sonra Universitet rəhbərliyi tərəfindən müəyyən olunmuş zamanda və münsiflər heyətinin iştirakı ilə tələbələrin kitablar barədə fikirləri ilə tanış olmaq və  qalibin seçilməsi idi. Nəhayət 17.03.2021- ci il tarixində “Zoom” platforması üzərindən yarışmanın qaliblərini müəyyən etmək üçün tədbir – müsabiqə keçirildi.
Əvvəlcə tədbirdə filialın direktoru dosent Yusif Alıyev çıxış edib, iştirakçılara uğurlar arzulayıb, gənclərin, rəhbərlik tərəfindən komanda şəklində istiqamətlənməsinin doğru yol tutmasından məmnunluğunu ifadə edib, tələbələrə dəstək olan filial kollektivinə, müəllimlərə təşəkkür edib.
Daha sonra Sürahi Mehtiyeva tədbirdə təşkilati dəstəyə görə filial rəhbərliyinə təşəkkür edib, daha sonra oxunan kitabların adlarını və gün ərzində oxunan səhifələrin sayını diqqətə çatdırıb. Bildirib ki, müsabiqədə
1. “Dəli Kür” romanı, İsmayıl Şıxlı.
2. Richard Carlson- “Xırda şeyləri dərd etmə”
3. Pərinuş Səni-“Mənim payım”
4. Varis- “Səhra çiçəyi”
5. Harry Poter
6. Garry Smal-Bir psixiatrisin gizli dəftəri
7. Daniel Defo-“Robinzon Kruzo”
8. Nizami Gəncəvi- “Sirlər xəzinəsi”
Daha sonra tədbirdə çıxış edən görkəmli alim Ramazan Qafarlı müasir dövrdə dosent Yusif Alıyevin təşəbbüsü ilə filialda görülən işlərin əhəmiyyətini xatırladaraq bildirib ki, kitab oxusu üçün belə bir onlayn müsabiqənin keçirilməsi universitetlər arasında bir ilkdir. Bu təcrübədən yararlanaraq gəncləri mütaliəyə həvəsləndirə bilərik. Daha sonra əlavə edib ki, qaliblərə kitablarını da hədiyyə etməkdə maraqlıdır və tədbirdən sonra 20-ə yaxın kitabın PDF variantını Kitabxana müdiri Samirə Hacıyevaya növbəti müsabiqələr üçün təqdim edəcəyini də vurğulayıb. Bu ənənənin davam etməsinin gənclərin şəxsi inkişafı üçün də əhəmiyyətli olduğunu diqqətə çatdırıb, bu layihəyə görə başda filialın direktoru dosent Yusif Alıyev olmaqla bütün təşkilatçılara, iştirakçılara təşəkkür edib.
Tədbirdə çıxış edən filialın Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy də pandemiya dövründə belə bir layihənin həyata keçirilməsinin böyük bir məsuliyyət doğurduğunu qeyd edib, ədəbiyyatsevərlərə hər zaman dəstək olmağa hazır olduğunu bir daha vurğulayıb, oxunan kitablar ətrafında müxtəlif suallar ünvanlayıb, gəncləri həm də oxunanlarla real həyat arasında əlaqə qurmağa səsləyib.
Ümumilikdə təşkilatçılar tərəfindən tələbələrə yönləndirilən maraqlı suallar iştirakçılar tərəfindən aparılan fikir mübadilələri tədbirin gedişatına rəng qatıb, qalibin seçilməsində əhəmiyyətli rol oynayıb. Belə ki, aşağıdakı suallar ətrafında verilən cavablar tələbələrin oxuduqlarını həyatla əlaqələndirdiklərinin əyani sübutu olub:
Sual 1. Yaziçinin oxucuya çatdırmaq istədiyi fikir nə idi?
Sual 2. Siz baş obrazın yerində olsanız onun kimi cəsarətli addımlar ata bilərdinizmi?
Sual 3. Sizcə, əsərlərdə baş verən hadisələrdə cəmiyyətmi gunahkardir, yoxsa bu baş verən hadisələr yazıçının təxəyyülüdür?
Sual 4. “Dəli Kür” əsərində baş obraz kimi verilən Cahandar ağa obrazı sizin təxəyyülünüzdə necə insandır, mənfi və müsbət xüsusiyyətləri ilə onu xarakterizə edin.
Sual 5. “Səhra çiçəyi” əsrində qəhrəmanın göstərdiyi cəsarət, həyat mübarizəsini siz öz həyatınızda edə bilərsinizmi?
Sual 6. Məsumə obrazı sizdə hansı hiss və təəssüratları oyatdı? Siz onun yerində olsaz nə edərdiz?
Sual 7. “Mənim Payım” əsərindəki Pərvanə obrazı sizinçün gerçək həyatda əsl dost ola biləcək biri hesab olunurmu?
Sual 8. “Mənim payım” əsərindəki Məsumə obrazının əzizlərinə görə öz xoşbəxtliyindən keçməsini, fədakarlıq etməsini necə qiymətləndirirsiniz?
Sual 9. Hansı obrazlar ziddiyyətlidir?
Sual 10. Hansı obrazı özünüzə idal görə bilərsiniz və nəyə görə?
Suallara cavab ünvanlandıqdan sonra münsiflər heyəti müsabiqənin qaliblərini müəyyənləşdirib. Belə ki, nəticə olaraq yarışa qoşulan 6 yarışma iştirakçısından 4 qalib seçilmiş 1, 2 və 3-cü yerlər mükafata və filialın direktoru dosent Yusif Alıyev tərəfindən Diploma layiq görülmüşlər.
1-ci yer – Əliyeva Röya- “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 1-ci tədris ili tələbəsi;
2-ci yer – Ağazadə Aytac – “Azərbaycan dili ədəbiyyat müəllimliyi” ixtisası üzrə 1-ci tədris ili tələbəsi;
3-cü yeri Mehrəliyeva Aytac – “Azərbaycan dili ədəbiyyat müəllimliyi” ixtisası üzrə 1-ci tədris ili tələbəsi;
3-cü yerə Hacıbəyova Səbinə – “İbtidai sinif müəllimliyi” ixtisası üzrə 1-ci tədris ili tələbəsi layiq görüldülər.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?