ADPU-nun Quba filialının 2021-ci il, TSPX ixtisasının məzunu, OVADYA təxəllüsü ilə əsərlər yaradan yazıçı Tural Rəhimov ilə görüş keçirilib
Qeyd edək ki, Tural Rəhimov Beyləqan şəhərində anadan olub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2017/2021-ci illərdə Təhsildə sosial psixoloji xidmət ixtisasında təhsil alıb. Filialda tələbə olduğu müddətdə yaradıcılığı, tədqiqata meylli olması ilə yoldaşlarından fərqlənib. Təsadüfi deyil ki, onun bu istedadı sonralar qələminin gücü ilə üzə çıxıb. OVADYA hələki böyük iki kitab müəllifidir.
Ovadya ilk kitabı “Məni Belə Çək” əsəri ilə qısa zamanda həm oxucuların
rəğbətini qazanmış, həm də qələmi ilə ədəbiyyat mühitində özünü təsdiqləmişdir. Kitabda, adından da göründüyü kimi insanın hər mənada özünə yaxşı baxmasını öyrədəcək bir müəllim, bir dost
və sirdaş görəcəksiniz. Yazar bir çox eyni janrda yazan
müəlliflərdən fərqli olaraq bacardığı qədər termin və elmi
faktlardan qaçmağa və ya yazsa belə özünü ağıllı göstərməyə çalışmayaraq fikirlərini sadə dildə ifadə etmişdir.
Ovadyanın bu gün gənc oxuculara təqdim etdiyi”Özünə Yaxşı Bax” əsərini uğurlu alınıdıran digər amillərdən biri də onun ixtisasca psixoloq
olmasıdır. Kitabda uğur hekayələri, yazarın individual
düşüncələri, psixoloji testlər və psixologiyanın ən yeni
bucağı olan enneaqram ilə çox şey öyrənəcəksiz. Bu kitabı oxuyandan sonra həm özünüzü kəşf edib xəyali güzgüdə özünüzə yaxşı baxacaqsınız, həm də ki öz dəyərinizi
özünüzə hiss etdirib, öz varlığınızı sevərək özünə yaxşı
bax deyəcəksiniz.
Qeyd edək ki, müəllifin oxucularla təqdimatı tələbələrin marağına səbəb olub, yazara suallar ünvanlanıb. Tural Rəhimov gənclərə özü və kitabları haqqında məlumat verib, auditoriya üçün psixoloji test keçirib, dəyişim haqqında pritça edib.
Daha sonra gənclər kitabı əldə ediblər.
Biz də filialın kollektivi olaraq, dəyərli məzunumuz Tural Rəhimova uğurlar arzu edirik, yazarın öz sözü ilə desək,
ÖZÜNəYAXŞI BAX əziz dost!