“Onlayn təhsilə yeni yanaşmalar: fürsətlər və çətinliklər” mövzusunda görüş keçirilib

ADPU Quba filialında təhsil eksperti Kamran Əsədovla “Onlayn təhsilə yeni yanaşmalar: fürsətlər və çətinliklər” mövzusunda görüş keçirilib. Diskussiya formatlı görüş Zoom platforması üzərindən onlayn qaydada baş tutub.

Tədbir ADPU Quba filialının tanıtım çarxları ilə başlayıb. Çarxlarda filialın sturukturu, ixtisaslaşmalar, qəbul göstəriciləri, beynəlxalq əlaqələri və s. barədə məlumat verilib.

Filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva pandemiya dövründə filialda tədrisin təşkilindən söz açıb. Bildirib ki, filial ali təhsil müəssisələri ilə sağlam rəqabət şəraitində fəaliyyət göstərir.

Filialın direktoru dos. Yusif Alıyev Kamran Əsədova dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib. Qeyd edib ki, qapanmalar şəraitində filialda tədrisin kəsilməzliyi təmin olunub, təhsil distant qaydada həyata keçirilib: direktor çıxışında dünyanın nüfuzlu universitetlərinin distant təhsilin təşkili üçün çaba göstərməsi, dövrümüzdə ilk fürsətdə distant tədrisə keçidin zəruriliyindən danışıb. Bildirib ki, ilk qapanmadan sonra martın 18-də ADPU Quba filialının regional “Qafqaz” televiziyası ilə birgə televerilişləri təşkil olunub. Bu yolla filialın 12 əməkdaşının mühazirələri toplanıb və bu gələcək üçün resurs rolunu oynayıb. Sonrakı mərhələdə tədrisin onlayn təşkili istiqamətində işlər görülüb. Direktor vurğulayıb ki, filialın işi təhsildəki axsamaların tənqidlə inkişaf etməsi, tənqidlərdən nəticə çıxarılması istiqamətində qurulub. Y. Alıyev filialda fəaliyyət göstərən klublar, sosial aktivliyin təmin edilməsi, adlı təqaüdlər barədə məlumat verib. Qeyd edib ki, ali təhsil müəssisəsinin ev sahibliyi etdiyi elmi simpoziumda dünyanın bir neçə universitetlərinin nümayəndələri iştirak edib. Filialın direktoru söyləyib ki. Türkiyənin Qazi Universitetindən ADPU Quba filialına qarşılıqlı memorandum imzalanması barədə təklif gəlib. Artıq memorandumun bəndlərinin hazırlanması istiqamətində işlər aparılır.

Daha sonra filialın tələbəsi Elvin Şükürovun onlayn tədrisdəki problemlər, yeni yanaşmalarla bağlı təqdimatı dinlənilib. Təqdimatda distant tədrisi zəruri edən səbəblər, filialın onlayn təhsilinə baxış şərh olunub. Təqdimatda distant tədrisin üstünlükləri və çatışmazlıqları anlaşıqlı şəkildə, tələbələrin gözü ilə izah edilib.

Təhsil eksperti Kamran Əsədov distant tədrisə tələbələrin yanaşmasını gördükdən sonra pandemiyanın təhsilə təsirini rəqəmlərlə izah edib. Bildirib ki, Azərbaycan təhsilə adekvat və çevik reaksiya verən ölkələr arasında olub. Ekspert ali təhsil müəssisələrinin ditsant təhsilə hazılığı məsələsinə toxunub. ABŞ büdcəsinə xaricdən gələn tələbələrin ödədiyi məbləğ ətrafnda müqayisələr aparıb. Filialdakı maliyyə hesabatlılığı və açıqlığı ilə bağlı Yusif Alıyevə təşəkkürünü bildirib. Qeyd edib ki, təhsil müəssisəsi ölkənin aktiv maliyyə dövriyyəsini həyata keçirən qurumdur. Ekspert onlayn imtahanlarda kənar müdaxilənin qarşısını almaq məqsədilə hazırladığı proqram təminatından söz açıb. Pandemiyanı Azərbaycan təhsili üçün qlobal fürsət adlandırıb. Ekspert görüşdə böyük çağırışların şahidi olduğunu bildirib və region universiteti olaraq görülən işlərə görə, filialın direktoru Yusif Alıyevə təşəkkürünü bildirib.

Filialın irektoru Yusif Alıyev müəllim kollektivinin reytinq qiymətləndirilməsi, yeni sturukturun təşkili, filial məzunlarının magistraturaya qəbul olunması, ödənişli əsaslarla qəbul olunan tələbələrə təhsilhaqqının ödənilməsi üçün müxtəlif imkanlar yaradılması, filialdakı ixtisas sayının artırılması kimi məsələlərə də aydınlıq gətirib. Filialda tələbə-müəllim, tələbə-direktor münasibətlərinin sağlam şəraitində qurulduğunu vurğulayıb.  Direktor görüşdə iştirakına görə, Kamran Əsədova təşəkkürünü bildirib və bu il filialın yaradılmasından 30 il keçdiyini, bu münasibətlə bir çox yeniliklər həyata keçirildiyini qeyd edib.

Tədbir ekpertlə tələbələr arasında sual-cavab formatında davam edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir