“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans üçün tezis qəbuluna başlandı

“Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans üçün tezis qəbuluna başlandı

2021-ci ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Prezident İlham Əliyevin 2021-ci il 5 yanvar tarixli Sərəncamı ilə bu il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunub.

Sərəncama uyğun olaraq akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 24-də “Nizami Gəncəvi və Şərq ədəbiyyatları: ədəbi təsirin hüdudları” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransda iştirak üçün məruzələrin tezislərinin qəbuluna başlanılıb. Tezislər Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində qəbul edilir və bir səhifədən artıq olmamalıdır. Tezislər konfrans-880@mail.ru elektron poçt ünvanına avqustun 31-dək göndərilməlidir.

Məruzə tezisləri aşağıdakı tələblərə cavab verməlidir:

-Microsoft Word redaktorunda “Times New Roman” şrifti ilə 12, səhifələrarası interval 1.5 olmaldıır;

-Mətnin əvvəlində ortada tünd, böyük şriftlə məruzənin adı, altında sağ tərəfdə kiçik və tünd şriftlə müəllifin adı, ata adı, soyadı, onun altında isə iş yeri, elmi dərəcəsi və electron ünvanı göstərilməlidir;

-Mətnin kənarındakı boşluqlar – sol tərəf 3 sm, sağ tərəf 1 sn, yuxarı və aşağı hissə 2 sm;

-Tezisin mətni bir səhifədən artıq olmamalıdır.

Təşkilat komitəsi tezislərin seçilməsi, mətndə düzəlişlər edilməsi və tezislərin geri qaytarılması hüququna malikdir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?