Nəsimi 650 il

24.12.2019
Nəsimi 650 il

ADPU-nun Quba Filialının əməkdaşları “Nəsimi 650 il” adlı tədbirdə iştirak edib.

ADPU-nun Quba Filialının əməkdaşları “Nəsimi 650 il” adlı  tədbirdə iştirak edib.

İyunun 11-də “Nəsimi ili” ilə əlaqədar Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının, Quba Rayon Təhsil Şöbəsinin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə YAP Quba rayon təşkilatında şeir müsabiqəsinin seçim turu keçirilib. Müsabiqənin münsiflər heyətinin tərkibində YAP Quba rayon təşkilatının sədri Yusif Abidov, Quba şəhər Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova, Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba rayon üzrə nümayəndəsi Fuad Orucov, Quba Rayon Təhsil Şöbəsinin metodisti Mehparə Rüstəmova, ADPU-nun Quba Filialının Tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva, Quba Mədəniyyət Mərkəzinin direktoru Ramiz Ramazanlı, ADPU-nun Quba Filialının “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasının II tədris ili tələbəsi Ayşən Hüseynova iştirak edib.

Tədbiri YAP Quba rayon təşkilatının sədri Yusif Abidov açaraq şeir musabiqəsi iştirakçılarına uğurlar diləyib, “Nəsimi ili” ilə əlaqədar respublikada və eləcə də Quba rayonunda keçirilən tədbirlərin əhəmiyyətindən danışıb. Şeir müsabiqəsində Quba rayonunun müxtəlif tam orta məktəblərinin 7-11-ci sinif şagirdləri iştirak edib. Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş müsabiqədə Quba şəhər 1 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Qurbanova Həyat Kamal qızı, II Nügədi 1 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Məmmədova Röya Şixbaba qızı və Quba şəhər 7 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Hacıyev Qurban Sənan oğlu Yeni Azərbaycan Partiyasının keçirəcəyi respublika müsabiqəsində iştirak etmək hüququ qazanıb.

Sonda şeir musabiqəsinin nəticələrinə əsasən 11 nəfər şagird YAP Quba rayon təşkilatı tərəfindən “Diplom” və hədiyyələrlə təltif olunub.

  • Mənbə: ADPU-nun Quba filialı
  • Müəllif: Sərxan Ağası
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?