Müxtəlif ölkələrin təhsil adamlarını bir araya gətirən onlayn konfrans keçiriləcək

Müxtəlif ölkələrin təhsil adamlarını bir araya gətirən onlayn konfrans keçiriləcək

Avrasiya Ali Təhsil Zirvəsi (EURIE) hər il təhsil adamlarının məlumat, şəbəkə və əməkdaşlıq imkanlarını genişləndirmək məqsədilə sərgilər, konfranslar təşkil edir. EURIE-nin 6-cı konfransı isə 2021-ci il, 3-5 mart tarixlərində onlayn keçiriləcək.

Konfransda dünyanın hər yerindən beynəlmiləlləşməyə və davamlı peşə inkişafına dəyər verən ali təhsil müəssisələri, təhsil və tədqiqatın beynəlmiləlləşməsindən məsul olan akademik menecerlər, dekanlar və direktorlar, xaricdə təhsil menecerləri, marketinq və işəgötürmə heyəti, beynəlxalq tələbə məsləhətçiləri, dil məktəbləri, beynəlxalq tələbə xidmətləri şirkətləri, ali təhsil, tədqiqat, innovasiya üzrə dövlət qurumları və ali təhsil sektorundakı digər maraqlı tərəflər iştirak edə bilərlər.

Konfransın məzmun və proqramı barədə daha ətraflı link vasitəsilə tanış. Ola bilərsiniz.

İştirak etmək istəyənlər konfrasın rəsmi səhifəsində qeydiyyatdan keçməlidir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?