“Müasir təbiət elmlərinin aktual problemləri” beynəlxalq elmi konfransı keçiriləcək

6-7 may 2021-ci il tarixlərində Gəncə Dövlət Universitetində ümumilli lider Heydər Əliyevin anadan olmasının 98-ci il dönümünə həsr olunmuş “Müasir təbiət elmlərinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

İşçi dilləri azərbaycanca, ingiliscə və rusca olan konfrans aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:

-Müasir kimyanın aktual problemləri;

-Müasir biologiyanın aktual problemləri;

-Müasir fizikanın aktual problemləri.

Məqalələr aprelin 31-dən gec olmayaraq elm@gdu.edu.az ünvanına göndərilməlidir.

Konfransda iştirak etmək arzusunda olanlar məqalə tərtibinə qoyulan tələblər və digər məlumatlarla link vasitəsilə tanış ola bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir