![Müasir ingilis dili fənnindən imtahan prosesi](https://adpuquba.edu.az/wp-content/uploads/2024/02/WhatsApp-Image-2024-02-01-at-17.13.37-1024x567.jpeg)
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 1 fevral 2024-cü il tarixində XM 2201 B qrupunda Müasir ingilis dili fənnindən İELTS tipli imtahan həyata keçirilmişdir. İmtahan proqram tələblərinə uyğun olaraq hazırlanmışdır. Tələbələrin dinləyib- anlama qabiliyyətlərinin səviyəsini aydınlaşdırmaq üçün biletə dinləmə tapşırığı ( 10 SUAL ) daxil edilmişdir. Qeyd edək ki, oxuyub-anlama və lüğət ehtiyatlarını müəyyən etmək üçün elmi- kütləvi mətnlər də daxil olmaqla imtahan materialları tərtib edilmiş və müasir tələblərə cavab verən imtahan prosesi təşkil edilmişdir.