Müəllim dəyişdirə bilər

08.06.2023
Müəllim dəyişdirə bilər

Müəllim dəyişdirə bilər Jeyi Luis (Amerika) (İngiliscədən tərcümə)

     Stiv, hər iki valideyni içki aludəçisi on iki yaşlı oğlan, birdəfəlik olaraq itirilmək üzrə idi. Maraqlıdır ki, oxumağı bacarırdı, oxu qabiliyyətinə baxmayaraq Stiv uğur qazana bilmirdi. Uğursuzluq birinci sinifdən bəri, sinifdən sinfə keçdikcə ona yoldaşlıq edirdi. Stiv on iki yaşlıdan daha çox yeniyetməyə oxşayan boybuxunlu bir oğlan idi. O, Mis Vayt gələnəcən diqqəti cəlb etmir, sinfin sonuncusu olmağa davam  edirdi.

     Mis Vayt gülümsər, gənc, açıq qəhvəyi saçları olan gözəl bir qız idi və Stiv ona vurulmuşdu! Həyatında ilk dəfə idi ki, o, gözəlrini müəlliməsindən ayıra bilmirdi; elə hey geri qalırdı. Heç vaxt ev tapşırığını yazmır, həmişə də Mis Vaytla mübahisə edirdi. Müəllimənin kəskin sözləri ürəyini parçalyır, ev tapşırığını təqdim etmədiyi üçün cəzalandırıldıqda özünü daha miskin hiss edirdi! Lakin yenə oxumurdu.

     Birinci rübün ortasında məktəbin yeddinci sinif şdgirdlərinin əsas qabiliyyətləri yoxlanılırdı.

Stiv testlərini təm-tələsik bitirib, gün keçdikcə başqa şeylər haqqında düşünməyə davam etdi. Onun ürəyi məktəbdə deyil, spirtli içki qoxulu evlərinin xoşagəlməz görüntülər və səslərindən tez-tez təkbaşına qaçdığı meşəlikdə idi. Onun təhlükəsizliyinə heç kəs nəzarət etmirdi. Heç kəs bilmirdi ki, o, çıxıb gedib, çünki heç kəs bu haqda düşünəcək qədər ayıq deyildi. Buna baxmayaraq, Stiv bir gün də olsun dərs buraxmırdı.

   Bir gün Mis Vaytın hövsələsiz səsi onu xəyallarından ayırdı.

   – Stiv!

   Diksinmiş Stiv dönərək ona baxdı.

   – Diqqətli ol!

     Mis Vayt yeddinci sinif test nətticələrini yoxlamağa başlayarkən Stiv yeniyetmə məftunluğu ilə baxışlarını ondan ayıra bilmədi.

    – Hamınız gözəl yazmısınız, – o, sinfə dedi, yalnız bir oğlandan savayı, bunu demək ürəyimi parçalayır, lakin… – O kəskin baxışları ilə Stivi oturacağına mıxlayan, gözləri onun sifətində gəzən müəllimə tərəddüd etdi. 

     Bütün şagirdlər də daha yaxşı görmək üçün boylanırkən o, yalnız Stivə baxırdı. Stiv gözlərini aşağı salıb ehtiyatla barmaq uclarını yoxlayırdı.

     Bundan sonra müharibə başlandı! Stiv ev tapşırığını yazmırdı ki, yazmırdı. Müəllimənin cəzaları sərtləşsə də, o, inadkarlığından əl çəkmirdi.

     – Bir cəhd elə, bax! Təkcə bir həftə!

     Ancaq o, dəyişmirdi.

     – Axı sən kifayət qədər zəkalısan! Özün görəcəksən!

     Heç nə onu təəccübləndirmirdi.

     – Özünə bir şans ver. Həyatından ümidini üzmə!

     Mənası yoxdur.

     – Stiv! Xahiş edirəm! Mən sənin üçün narahatam!

    Heyrət! Birdən Stiv dərk etdi! Onun üçün narahat olan birisi varmış? Tamamilə əlçatmaz və mükəmməl birisi, ONUN QAYĞISINA QAILRDI?!

     Stiv məktəbdən evə getdi, o gün çox qayğılı idi. Evə daxil olub, ətrafına baxdı. Valideynlərinin hər ikisi dünyadan xəbəsiz halda sərxoş, layiqincə geyinməmişdi və kəskin qoxu da bir yandan! O, cəld düşərgə paltarlarını topladı, bir qab fistıq yağı, bir çörək, bir butulka su və bu dəfə…məktəb kitablarını götürdü. Qəddar və qərarlı halda meşəyə üz tutdu.

    Növbəti bazar ertəsi o, məktəbə vaxtında gəlib Mis Vaytın sinif otağına daxil olmasnı gözləməyə başladı. O, başdan-başa cilvəli və təbəssümlə daxil oldu! Allah, o necə də gözəl idi! Stiv o təbəssümün ona tərəf yönəlməsini arzualdı. O, isə Stivi həsrət qoydu.

     Mis Vayt dərhal həftəsonu ev tapşırığı mövzusunda suallar verdi. Stiv testi tez bir zamanda icra edib hamıdan əvvəl müəlliməyə verdi. Mis Vayt təəccüblə baxaraq onun işini götürdü. Çaşqınlığını gizlətmədən işi yoxlamağa başladı. Stiv ürək döyüntüləri ilə öz oturacağına tərəf addımladı. Oturarkən o, bu gözəl qadına bir daha da baxmaq istəyi ilə bacara bilmədi.   

     Mis Vaytın üzü sarsıntıya qərq olmuşdu! O, başını qaldırıb Stivə, sonra imtahan işinə, sonra yenə Stivə baxdı. Birdən onun simasını nurlu bir təbəssüm bürüdü. Yeddinci sinfin ən zəkalı oğlanı indicə ilk testini uğurla vermişdi!

     O andan bəri Stiv üçün heç nə əvvəlki kimi deyildi. Evdəki həyat olduğu kimi qalsa da, onun üçün həyat dəyişmişdi. O, kəşf etmişdi ki, nəinki öyrənə bilər, özü də lap yaxşı öyrənə bilər! O, kəşf etmişdi ki, o, biliyi başa düşə və yadda saxlaya bilər, öyrəndiklərini öz həyatına tətbiq də edə bilər. Stiv daha yaxşı olmağa başladı! O, bu fəaliyyətini bütün məktəb həyatı boyunca davam etdirdi.

     Orta məktəbi bitirdikdən sonra Stiv hərbi dəniz donanmasına qoşuldu və uğurlu bir hərbi xidmət keçdi. Bu müddət əzində o, həyatının sevgisini də tapdı, Magna Kum Laude kollecini bitirdi. Dəniz qüvvələrində xidməti zamanı çox sayda gəncləri ruhlandırdı, o olmasaydı həmin gənclər özlərinə inanmazdılar. Hərbi xidmətindən sonra Stiv ikinci karyeraya başladı, indi də yaxınlıqdakı kollecdə professor kimi başqalarını ruhlandırmağına davam etməkdədir.

    Mis Vayt böyük bir irs qoyub. O, çox insanların hayatını dəyişdirmiş bir oğlanı xilas etmişdir. Mən də həmin oğlanın həyat sevgisiyəm.

     Görürsünüzmü, həqiqətən nə qədər sadədir?

     Bir oğlanın qəlbində onun taleyi ilə maraqlanan bir müəllimin ucbatından necə dəyişiklik baş verdi.

Rahib (Alpanlı) Sədullayev, ADPU-nun  Quba filialı ədəbiyyat və dillər kafedrasının baş müəllimi, qabaqcıl təhsil işçisi

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?