Middlesex Universitetinin tərəfdaşlığı ilə beynəlxalq konfrans keçirləcək

Middlesex Universitetinin tərəfdaşlığı ilə beynəlxalq konfrans keçirləcək
19 noyabr 2021-ci ildə Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” beynəlxalq konfransı keçiriləcək. 2017 və 2018-ci illərdə respublika miqyasında keçirilən tədbir 2019-cu ildən başlayaraq beynəlxalq statusda keçirilir. Konfransa göstərilən maraq və diqqət bu qərarın alınmasına öz təsirini göstərib. İki konfransın təcrübəsi göstərdi ki, bu sahəyə maraq böyükdür və mütəxəssislərin müzakirə etmək üçün xeyli ideya və yanaşmaları mövcuddur. Böyük Britaniyanın Middlesex Universitetinin tərəfdaşlığı ilə noyabr ayında keçiriləcək tədbirin əsas məqsədi Azərbaycanda gender bərabərliyinin təmin olunması məsələsini diqqət mərkəzində saxlamaq, bu sahədə əldə olunan elmi nailiyyət və təcrübələri paylaşmaq, mövcud problemlərin təhlili və onların həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, bu sahədə ölkədə əldə edilən uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir. Konfransın işində ali təhsil müəssisələrinin, AMEA-nın uyğun profilli institutlarının, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, mətbuatın, səfirliklərin nümayəndələrinin iştirakı planlaşdırılır. Qeyd edək ki, konfransın format barədə iştirakçılara daha ətraflı məlumat veriləcək.

[learn_press_profile]

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?