Məzun tələbə və valideyn direktorla görüşüb

12.06.2021
Məzun tələbə və valideyn direktorla görüşüb
ADPU- Quba filialının sonuncu tədris ili tələbəsi Vüsalə Abbasova və onun valideyni Xatirə Abbasova ilə filialın direktoru dosent Yusif Alıyev arasında görüş baş tutub. Görüş valideynin şəxsi təşəbbüsü, istəyi ilə həyata keçirilib.
X. Abbasova bildirib ki, Qubadlı rayonundan məcburi köçkün düşəndən sonra Sumqayıtda çətin şəraitdə yerləşsələr də övladlarının təhsillə bağlı bütün problemlərini həll etməyə səy göstəriblər. Qeyd etdi ki, övladı yüksək təhsil alaraq ADPU Quba filialını seçib və burada mükəmməl təhsil alıb. Buna görə də görüş təşəbbüsü şəxsi minnətdarlıq duyğusundan irəli gəlir. Görüş zamanı Vüsalə Abbasova və onun valideyni Xatirə Abbasova direktor dosent Yusif Alıyevə yüksək səviyyədə tədris, sağlam müəllim-tələbə münasibətləri, ümumilikdə filialdakı yeni ab-hava, görülən işlərlə bağlı təşəkkürlərini bildiriblər. Qeyd edib ki, övladının ADPU Quba filialında təhsil almasından qürur duyur və hər zaman da bu hisslə yaşayacağam.
Filialın direktoru dosent Yusif Alıyev Xatirə Abbasovaya hər şeydən əvvəl övladının təhsili ilə yaxından maraqlandığı üçün bir valideyn kimi, həm də xoş sözlərə görə, təşəkkürünü ifadə edib. Filialdakı vəziyyət, tətbiq edilən yeniliklər haqqında məlumat verib. Valideynə övladının təhsil aldığı ali təhsil müəssisəsinin gələcək planlarından söz açıb.
Direktor qeyd edib ki, filial öz fəaliyyətində tədris və təlim-tərbiyə prosesində tələbə məmnuniyyətini əsas tutaraq fəaliyiyyət göstərir. Tədrisin innovativ, yeniliklərlə ayaqlaşan formada təşkili üçün maksimum səy göstərilir. Direktor həmçinin valideynə filialda qəbul planı üzrə ixtisas planının artırıldığı müjdəsini verib. Bildirib ki, bütün yeniliklər yüksək təhsilin gənclər üçün daha əlçatan olmasına hesablanıb. Pandemiya şəraitində belə, tələbələrin asudə vaxtlarının səmərəli təşkili, onların müxtəlif seminar, müsabiqə və elmi tədqiqat işlərinə cəlbi istiqamətində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, tələbə ilə yanaşı, valideynlərin universitet barədə müsbət fikirləri filialda görülən işlərin, müasir tədris üçün sərf edilən əməyin nəticə verdiyinin göstəricisidir.
Görüş valideyn və tələbə ilə fikir mübadiləsi şəraitində davam edib. Direktor Yusif Alıyev valideynin filialdan gözləntiləri ilə maraqlanıb. Bildirib ki, filial məhz ictimai rəyi, təhsilalanların gözlənti və təkliflərini nəzərə alaraq uğurlara imza atır.
Daha sonra direktor dos. Yusif Alıyev, Xatirə Abbasova və onun övladı Vüsalə Abbasova arasında xatirə şəkli çəkilib. Direktor, övladının təhsil aldığı universitetin fəaliyyətini diqqətdə saxladığına görə, valideynə kollektiv adından təşəkkürünü bildirib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?