KOBİA təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə davam edir.

KOBİA təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə davam edir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi məqsədilə müsabiqə elan edib. Müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası”na uyğun olaraq həyata keçirilir.

Şərtlər:

Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və fiziki şəxslər iştirak edə bilərlər. Hər şəxs hər müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir. Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz.

Ayrılan maliyyə vəsaitinin həcmi:

Hər bir layihə üzrə maliyyələşdirilmə məbləğinin dəyəri maksimum 20 000 manat nəzərdə tutulur.

Layihə sənədlərinin qəbulu 17 fevraldan başlayıb və martın 18-dək davam edəcək. Müsabiqə 19 mart – 19 aprel 2021-ci il tarixlərində keçiriləcək.

Tələb olunan sənədlər:

Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 17 mart 2021-ci il tarixinədək elektron formada (info@smb.gov.az) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (AZ1069, Bakı şəhəri, Mustafa Kamal Atatürk prospekti, 134) müraciət edə bilərlər:

Ərizə forması ;

Müsabiqəyə təqdim olunan layihə ;

Layihənin büdcəsinin maliyyə əsaslandırılması ;

KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;

Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.

Müsabiqənin nəticələri barədə məlumat 19 aprel 2021-ci il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcək.

Əlavə məlumat üçün (+99412) 404 04 01 nömrəsi, 131 Çağrı Mərkəzi iləəlaqə saxlaya, linklə tanış ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?