“KAİNAT” Tədris Mərkəzi ADPU Qubada

22.05.2024
“KAİNAT” Tədris Mərkəzi ADPU Qubada

21 may 2024-cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “KAİNAT” Tədris Mərkəzinin müəllim və işçi heyətinə, eyni zamanda tədris müəssəsinin bir qrup abituriyentinə Quba filialının daha ətraflı tanıdılması məqsədilə ekskursiya təşkil edilmişdir.

Ekskursiyada şagirdləri qarşılayan Filialın İKT şöbəsinin müdiri Yusif Abayev Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı haqqında ümumi məlumat verərək, müəllimlik peşəsinə yiyələnmək istəyən hər bir abituriyentin burada yüksəksəviyyəli mütəxəssis kimi yetişə biləcəyini qeyd edib. “KAİNAT” Tədris Mərkəzindən isə müəssənin əməkdaşları Seyidova Xədicə,

Əlməmmədova Zeynəb, Fətəliyeva Yasəmən və

Fazil Əliverdiyev iştirak etmişdir.

Ekskursiya iştirakçıları əsasən Filialın Akt zalları, Heydər Əliyev lektoriyası, Kitabxana və elektron resurslar şöbəsi, İnkuliziv təhsil mərkəzi, İKT laboratoriyası və müasir tipli auditoriyalarla tanış oldular

Ekskursiya sona çatdıqdan sonra Filialın direktoru dosent Yusif Alıyev və iştirakçılar arasında görüş və qarşılıqlı diskussiya ətrafında səmimi söhbət baş tutdu. Söhbət zamanı direktor “Filialda tələbələrin təhsildə fərqlənmələrini stimullaşdırmaq məqsədilə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan ümummilli lider Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilib.” deyə abituriyentləri daha da həvəsləndirib.

Qeyd edək ki, Filialla tanışlıq zamanı direktor müavini t.f.d.İ.Mahmudov, şöbə müdiri S.Hacıyeva, Fakültə dekanı v.m.i.e.N.Bayramova, tyutor G.Məlikov, baş mütəxəssis E.Yarməmmədov, da iştirak edib.

Sonda xatirə şəkili çəkildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?