Kabineti qərara dəyişiklik etdi: Ödənişli təhsil alanlar bu halda dövlət sifarişli oxuya biləcəklər

20.04.2021
Kabineti qərara dəyişiklik etdi: Ödənişli təhsil alanlar bu halda dövlət sifarişli oxuya biləcəklər

Nazirlər kabineti ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Qərarda dəyişiklik edib.

Dəyişikliklə bağlı elanda bildirilib ki, tələbə qəbulunun nəticələri araşdırılarkən ali təhsil müəssisələrinə qəbul zamanı dövlət sifarişli yerlərdən tam istifadə olunmadığı müəyyən edilib. Demək olar ki, hər il ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı müəyyən ixtisaslar üzrə dövlət sifarişli yerlər boş qalır. Bu isə nəinki tələbələr arasında haqlı narazılıqlara, eləcə də təqaüd sayının proqnozdan az olmasına səbəb olur.

Bununla əlaqədar Nazirlər Kabinetinin tələbələrin sosial müdafiəsini gücləndirmək  və sözügedən dövlət sifarişli yerlərdən tam istifadəni təmin etmək məqsədi ilə tələbə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən həmin yerlər boş qaldığı halda, tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə (eyni ixtisas üzrə namizəd olmadıqda eyni ixtisas qrupu üzrə) ödənişli əsaslarla təhsilalanın bu yerə keçirilməsini nəzərdə tutan Qərarı qəbul olunub.

Sözügedən Qərara dəyişikliklərlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?