İslam İnkişaf Bankı növbəti tədris ili üçün təqaüd elan edib

İslam İnkişaf Bankı növbəti tədris ili üçün təqaüd elan edib

İslam İnkişaf Bankı 2021-2022-ci tədris ilində müxtəlif təhsil səviyyələri (bakalavr, magistratura, doktorantura) üzrə təqaüd imkanları elan edib. Təqaüd proqramına müraciət üçün son tarix 28 fevral 2021-ci il nəzərdə tutulub.

Namizədlərin dəyərləndirilməsi əsasən qəbul olunduqları yerli və xarici ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəlləri (“Shanghai” və “Times Higher Education University”) üzrə onların mövqeyi nəzərə alınmaqla İİB tərəfindən həyata keçirilir. Tədrisin müddəti təhsil səviyyəsinə uyğun olaraq dəyişir. Proqrama əsasən, ingilis dilinə aid sənəd – IELTS, TOEFL və ya bu göstəriciyə ekvivalentlik təşkil edən digər dil biliyi sertifikatı tələb olunur.

Aylıq təqaüd hər təhsil ölkəsinə uyğun olaraq müəyyənləşdirilir. Təhsil haqqı, tibbi sığorta və gediş-gəliş bileti qarşılanır.

İxtisaslar barədə aşağıda verilmiş müvafiq səhifələrdən məlumat almaq mümkündür:

https://www.isdb.org/scholarships/undergraduate

https://www.isdb.org/scholarships/master

https://www.isdb.org/scholarships/phd-and-post-doctoral-research-programme

Proqramda iştirak üçün sənədlərin qəbulu müvafiq internet səhifəsində göstərildiyi kimi elektron qaydada həyata keçirilir.

Qeyd edək ki, İslam İnkişaf Bankı maliyyələşdirməni İslam prinsinplərinin əsasında aparılan beynəlxalq maliyyə qurumudur. Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biridir. Üzvləri isə müsəlman ölkələridir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?