“İnsanlıq həmrəyliyin məhsuludur”

28.12.2020
“İnsanlıq  həmrəyliyin  məhsuludur”

ADPU-nun Quba filialının II Ali təhsil üzrə “Təhsildə sosial psixoloji xidmət” ixtisasının III tədris ili tələbəsi, NLP Master, psixoloq Məhərrəmova Rəşidə xanımın növbəti yazısını sizlərlə bölüşürük.
Oxumağa dəyər, uğurlar olsun,Rəşidə müəllimə.

“İnsanlıq  həmrəyliyin  məhsuludur”

Cəmiyyətdəki  bəzi  dəyərlər  və  fəaliyyətlər  çox dəyərlidir. Həmrəylik  bu  dəyərlərin  arasındadır. Həmrəylik – duyğular, düşüncələr  və  ortaq  maraqlar  baxımından  bir toplum  təşkil  edənlərin  qarşılıqlı  əlaqəsidir.  Həmrəy  olmaq hər  cəmiyyət  üçün  vacibdir. İnsanların  xöşbəxt ,  dinc  olması və  özlərini təhlükəsiz  hiss  etmələri  üçün  həmrəylik  və dəyərlər  baxımından  çox  vacibdir.
Cəmiyyətin  həmrəyliyi  insanların  bir-birinin  anlamaları  və  yaşamaları  üçün  lazımdır. Cəmiyyətdə  maddi,  mənəvi , barışıq  və əmin-amanlıq  təmin  etmək  üçün  hər  zaman  həmrəyliyə  böyük  ehtiyac  var. Həmrəylik  içində  olan  bir cəmiyyətdə  fərdlər  arasındakı  mənəvi  əlaqələr güclü olur.Həmrəyliyi,  ehtiyacı  olan  səxslərə  qarşılıq gözləmədən  edilən  kömək  hesab  etməliyik. Bu  cür  yaxşı münasibət   cəmiyyətdə  geniş  yayıldıqca,  sərhədlərin  və maneələrin  kənarında  kömək  gözləməyərək  özünü  təmin edən  bir cəmiyyətə  çevriləcəyi şübhəsizdir. Nəticədə   insanlarda  güvən  hissinin artmasını görəcəyik.
İnsanlıq  nədir ?
İnsanlıq həmrəyliyin məhsuludur !  İnsanlıq – insan  bədəni  deyil,  bədəni  aşmaq  və  xarıcdə olanlarla  bütöv  olmaqdır!
İnsan  təbiətinə  görə  sosial  varlıqdır. Tək  yaşamaq mümkün deyil. Birlikdə  yaşamağın  bir  tələbi  olan  həmrəylik sayəsində  insanlar  birlikdə  işləmək  və  birlikdə  iş  görməyi öyrənirlər. Həmrəylik  olaraq  insanlar  daha  çox,  daha  sürətli bir  şey  edə  bilirlər. Sosial  həmrəylik  cəmiyyətin  hər sahəsində  birlikdə  hərəkət  etməsidir.  Istənilən  sahədə  uğur qazanmaq  üçün  ətraf  mühit  faktorlarımızı  da yaxşılaşdırmalıyıq. İnsan  sosial  varlıq  olduquna  görə  ətrafdakı hadısələrlə  birbaşa  və ya  dolayı  yolla  təsirlənir.Bu qarşılıqlı əlaqə insanlara  zərər  verməklə yanaşı, zirvələrə çatmalarına kömək edir.
Həmrəylik  sayəsində  cəmiyyətlər  və ölkələr inkişaf edir.İnkişaf  üçün  pozitiv  həmrəylik  mütləqdir.   44   günlük “Vətən  Müharibəsi”  həmrəyliyimizin  bariz  nümunəsi sayıldı. Cəmiyyət  birlik  və  həmrəylik  içində  özünü  idarə  etdi və ən əsası  xarıcı  müdaxiləyə  imkan  vermədi.   Prezidentimiz İlham  Əliyev  cənabları  və  rəşadətli  ordumuz  tərəfindən, qarşılaşdıqımız  problemlər  asanlıqla  öz  həlli  yolun  tapdı  və ən  əsası  maneələr  asanlıqla  aşırıldı. Bir  sözlə  ölkəmiz  dünya ölkələri  arasında  əhəmiyyətli  bir yer  tutdu  və  bir  toplum olaraq  həmrəyliyini  sübut  etdi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?