Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovu “Şöhrət” ordeni ilə təltif etdi. Təbrik edirik

17.12.2021
Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru professor Cəfər Cəfərovu “Şöhrət” ordeni ilə təltif etdi. Təbrik edirik

Prezident İlham Əliyev Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər:

“Şöhrət” ordeni ilə

Cəfərov Cəfər Məmməd oğlu (rektor)

3-cü dərəcəli “Əmək” ordeni ilə

Cəbrayılov Məlikməmməd Saday oğlu

Əliyev Ramiz İbrahim oğlu

Qarayev Məmməd Abbas oğlu

Quliyev Elman Hilal oğlu

Rüstəmov Fərrux Abbas oğlu

Sultanov Oqtay Balaqədəş oğlu.

Prezidentin digər sərəncamı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aşağıdakı əməkdaşları “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib:

Əliyeva Tinatin Məmməd qızı

Qaraməmmədli Yasin Alı oğlu

Rəsulov Rəis Azər oğlu

Verdizadə Nailə Allahverdi qızı.

Mənbə: https://president.az/articles/54653

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?