“Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV beynəlxalq konfrans

7 may 2021-ci il tarixində Azərbaycan Dillər Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı IV Beynəlxalq elmi konfrans keçiriləcək.

Konfransın əsas istiqamətləri aşağıdakılardır:

-Heydər Əliyevin azərbaycançılıq ideologiyası və multikulturalizm modeli;

-Qloballaşan dünyada dillərin və mədəniyyətlərin diaqloqu;

-Müasir beynəlxalq münasibətlər və multikulturalizm;

-Multikultural dəyərlərin formalaşmasında təhsilin rolu.

Konfransın işçi dilləri azərbaycanca, rusca və ingiliscədir.

Tezislərin göndərilməsi üçün son tarix 25 Aprel, 2021-ci il nəzərdə tutulub. Tezislərə qoyulan tələblər və digər məlumatlarla link vasitəsilə tanış ola bilərsiniz.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir