“Gələcəkdən sizə mesaj var!”

23.04.2022
“Gələcəkdən sizə mesaj var!”

21 Aprel 2022-ci il tarixində ADPU-nun Quba filialının Tarix və Coğrafiya müəllimliyi ixtisası üzrə 5-ci kurs tələbəsi Şükürov Elvinin “Gələcəkdən sizə mesaj var” adlı təlimi baş tutmuşdur. Təlim ərzində 5-ci kurs tələbəmiz Elvin Şükürov filialın aşağı kurs tələbələrinə öz təcrübələrini danışmış, tələbəlik dövrünü daha səmərəli keçirmələri üçün məsləhətlər vermişdir. Təlimdə 21-ci əsrin tələbləri, şəxsi inkişaf, zamanın düzgün idarə olunması, universitet və regionda yaradılan şəraitdən səmərəli istifadə edilməsi, o cümlədən ictimai fəaliyyətin əhəmiyyəti əsas müzakirə mövzusu olmuşdur. Təlimdə tələbələrin də istək və təklifləri dinlənilmiş və müvafiq qurum və şəxslərə çatdırılmışdır.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?