FRİTL -ın buraxılış sinif şagirdləri ADPU QUBADA

14.06.2024
FRİTL -ın buraxılış sinif şagirdləri ADPU QUBADA

Şagirdlər Quba filialında ekskursiyada olub

Filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinova və Riyaziyyat və informatika kafedrasının müəllimi Səməd Çərkəzovun dəvəti ilə Quba FRİTL -ın buraxılış sinif şagirdləri Quba filialında ekskursiyada olublar.

Şagirdlərə ilk olaraq filialın Kitabxana və elektron resurslar şöbəsinin müdiri S.Hacıyeva kitabxana sistemi haqqında, sonra N.Şirinova lektoriyanın fəaliyyəti haqqında və lektoriya da olan fotoşəkilli guşələr haqqında, Azərbaycan-Özbəkistan Türk dünyası Tanıtım və Kültür mərkəzi, Filialın Kompüter laboratoriyası haqqında məlumatlar verib, İnkluziv Təhsil Mərkəzi, filialın böyük Akt zalı və fakültələrlə tanış edib və tələbələrin asudə vaxtının təşkili məqsədilə yaradılmış klublar haqqında danışıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?