27-28 noyabr tarixlərində “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai birliyinin təşkilatılığı, Quba rayon Gənclər İdman İdarəsinin dəstəyi ilə Quba rayonunun Mədəniyyət Mərkəzində “Region gənclərinin məşğulluğunun artırılması məqsədilə elektron ticarətin təbliği” adlı Quba rayonunda yerləşən ali, orta ixtisas təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə təlim-seminar keçirilmişdir.
Təlim-seminarda ADPU-nun Quba filialının 20-ə yaxın tələbələri də iştirak edib.
Tədbirin açılışında Quba Gənclər İdman İdarəsinin rəis müavini Mənsur Ağayev çıxış edərək, mövzu ətrafında məlumat vermiş, eyni zamanda seminar zamanı iştirakçılara uğurlar arzulamışdır . Təlimçilər- Tural Rəhimli və Yalçın Hüseynli biznes ideya, marketinq, elektron ticarət haqqında təqdimatlar nümayiş etdirmiş və məlumat vermişdir. Təlim zamanı iştirakçılar komandalara ayrılmış və müvafiq tapşırıqları yerinə yetirmişlər. Təlimin sonunda iştirakçılara Sertifikatlar təltif edilmiş, hədiyyələr verilmişdir.