Filialın əməkdaşı, Quba bələdiyyəsinin üzvü Aygün Şıxbabayeva “Gender bərabərliyi və yerli idarəetmə” mövzusunda təlimdə iştirak edib

12.12.2023
Filialın əməkdaşı, Quba bələdiyyəsinin üzvü Aygün Şıxbabayeva “Gender bərabərliyi və yerli idarəetmə” mövzusunda təlimdə iştirak edib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə bələdiyyələrdə yaradılmış Gender Komissiyalarının üzvləri üçün növbəti təlim keçirilir.

“Gender bərabərliyi və yerli idarəetmə” mövzusunda təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bu istiqamətdə mütəmadi olaraq həyata keçirilən maarifləndirici təlimlərin əhəmiyyətindən bəhs edib.

Bələdiyyələrdə yaradılan Gender Komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsinin vacibliyini bildirən sədr müavini əlavə edib ki, bu komissiyalar risk qrupundan olan ailələri müəyyən edərək, bilavasitə həmin ailələrdə gender münasibətlərinin formalaşmasına töhfə verə bilər.

Daha sonra təlimçi-gender mütəxəssisi Şəhla İsmayıl təqdimatla çıxış edərək gender bərabərliyi konsepsiyası və çərçivəsi, gender lüğəti və əsas anlayışların izahı, gender bərabərsizliyinin səbəbləri və nəticələrindən danışıb.

Sonra ailədə gender rolları ilə bağlı video çarx nümayiş etdirilib.

Təlim “Yerli idarəetmə sektorunda gender bərabərliyi” adlı 2-ci sessiya ilə davam edir. Sessiya çərçivəsində ölkəmizdə gender siyasəti və qanunvericilik bazası, Azərbaycanın beynəlxalq gender öhdəlikləri, yerli idarəetmədə gender prinsiplərinin tətbiqi mövzuları üzrə müzakirələr aparılacaq.

Qeyd edək ki, bələdiyyələrin hüquq və vəzifələri, gender bərabərliyinin təmin olunması istiqamətində mövcud problemlər, gender bərabərliyinin təbliği ilə bağlı gender komissiyalarının üzərinə düşən vəzifələr barədə məlumatlılıq səviyyəsinin artırılması məqsədilə Komitə tərəfindən mütəmadi olaraq təlimlər keçirilir.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?