Filialda “İ2B – İdeyadan Biznesə” layihəsi ətrafında maarifləndirici tədbir keçirilib

14.05.2022
Filialda “İ2B – İdeyadan Biznesə” layihəsi ətrafında maarifləndirici tədbir keçirilib
Maarifləndirmə tədbirində RİİB-in Quba-Xaçmaz regionunun mütəxəsisi Aydın Əlipaşayev, filialın layihə üzrə Koordinatoru, İKT şöbəsinin müdiri Yusif Abayev və RİİB-in nümayəndəsi Coşğun Beydullayev tələbə gənclərə məlumat verib.
Qeyd edilib ki, ölkəmizdə startap hərəkatının inkişafı, gənclərə biznes ideyalarının həyata keçirilməsinə dəstək verilməsi, regionlarda innovasiyaların və texnologiyaların təşviqinin genişləndirilməsi məqsədi ilə Heydər Əliyev Fondu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı (UNDP) və “Microsoft” şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən “İ2B – İdeyadan Biznesə” layihəsi həyata keçirilir . Qeyd edək ki, bu il Təhsil Nazirliyi də sözügedən layihəyə tərəfdaşlıq etməkdədir
RİİB-in regionlardakı nümayəndələri tərəfindən layihə barədə tələbələri məlumatlandırmaq üçün bir sıra ali təhsil müəssisələrində təqdimatlar keçirilmişdir ki, onlardan da biri ADPU-nun Quba filialında həyata keçirilib.Tədbirdə həmçinin vurğulanıb ki,
Regional mövsüm seçimlərini, preinkubasiya və
inkubasiya keçən ən yaxşı 12 startaplar
Heydər Əliyev Mərkəzində
keçiriləcək final mərhələsində yarışacaqlar
Finalın qalibləri akselerasiya programında iştirak haqqı qazanaraq gələcək inkişaf üçün qrant alacaq.
Daha sonra tələbələri maraqlandıran suallar cavablandırılıb.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?