Filialda futbol turnirinə start verildi!

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş ADPU Quba filialında, filial daxili 1 komanda gənc müəllimlər, 8 komanda tələbə ixtisas qruplarından ibarət olmaqla “ Futbol” turnirinə start verilib.
Qeyd edək ki,komandalar Olimpiya sistemi üzrə yarışacaqlar.
Yarışın açılış qarşılaşması RİM 1801 və TCM 1902 komandaları arasında keçirilmişdir. Görüşün qalibi RİM 1801 komandası olmuşdur.