Elmi Şurada yaz semestrinin imtahan sessiyasına hazırlıq prosesi müzakirə edildi.

31.05.2024
Elmi Şurada yaz semestrinin imtahan sessiyasına hazırlıq prosesi müzakirə edildi.

Elmi Şurada yaz semestrinin imtahan sessiyasına hazırlıq prosesi müzakirə edilib

Quba filialında 31 may tarixində Elmi Şuranın iclası keçirildi. Elmi Şuranın katibi Sevinc Babaşova çıxış edərək üzvlərin yetərsay olduğunu qeyd edərək iclasın səlahiyyətli olduğunu bildirdi. Sonra direktor f.e.d., dos.Yusif Alıyev çıxış edərək üzvləri və dəvət olunanları salamladı. Əvvəlcə filialın Humanitar elmlər kafedrasının müəllimi Çingiz Qəhrəmanovun əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini bildirdi. Sonra artıq ənənə halını almış ötən Elmi Şuradan bu tarixə kimi olan filial uğurlarını sadaladı, əldə edilən bütün nailiyyətlərə görə kollektivi təbrik etdi.

Elmi Şurada “2023/2024-cü tədris ilinin yaz imtahan sessiyasına və dövlət imtahanlarına hazırlığın vəziyyəti haqqında” məsələ ilə əlaqədar direktor müavini t.f.d. İ.Mahmudov hərtərəfli məlumatla çıxış etdi, İmtahan Qərargahının sədrinin İKT şöbəsinin müdiri Y.Abayev, Apellyasiya Komissiyasının sədrinin fakültə dekanı v.m.i.e. N.Bayramova olduğunu diqqətə çatdırdı. Tədris şöbəsinin müdiri M.Bağırova Pedaqoji təcrübənin yekun hesabatını təqdim etdi. Sonda cari məsələlərdə ADPU-2030 strateji plan-layihəsi ilə əlaqədar keçirilən görüşlər, ali məktəblərə 2024/2025-ci tədris ili üçün qəbulla əlaqədar Quba filialına ayrılan plan yerləri müzakirə edildi, qarşıda dayanan vəzifə və öhdəliklər yenidən yada salındı, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə əlaqəli təklif və tələblər dinlənildi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?