Dünyanın məşhur universitetlərindən dəvət alan, Finlandiya təhsilini tanıdan professorla görüş keçiriləcək

Dünyanın məşhur universitetlərindən dəvət alan, Finlandiya təhsilini tanıdan professorla görüş keçiriləcək

20 fevral saat 11:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramı yayımlanacaq. Bu dəfə proqramın qonağı dünyaca məşhur finlandiyalı professor, təhsil tədqiqatçısı Pasi Sahlberg olacaq. Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən canlı izləmək mümkün olacaq.

Təhsil Nazirliyinin dəstəyi və T-Network təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən proqramda Finlandiya təhsilinin uğur təcrübəsi, təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı, gələcəyin məktəblərindən danışılacaq.

Qeyd edək ki, Pasi Sahlberg həm də Finladiya təhsil sistemini dünyaya tanıdan professor olaraq məşhurdur. Karyerasına müəllim kimi başlayan Pasi Sahlberg fəaliyyətini Finlandiya Təhsil və Mədəniyyət Nazirliyində baş direktor, Harvard Universitetinin qonaq professoru, Dünya Bankının baş təhsil mütəxəssisi, Avropa Təlim Fondunun aparıcı təhsil mütəxəssisi kimi davam etdirib. Azərbaycan, Türkiyə, Orta Şərq və Rusiya Federasiyası da daxil olmaqla dünyanın bir çox təhsil liderlərinin məsləhətçisi olub. Hazırda Avstraliyanın “New South Wales” Universitetinin təhsil siyasəti üzrə professoru, Şotlandiyanın birinci naziri və Birləşmiş Ərəb Əmirliklərinin baş nazirinin beynəlxalq müşaviridir. Harvard, Toronto, Stanford, Columbia, Vanderbilt, King’s College London, Melbourne və digər universitetlərdən çıxış üçün dəvət alan professor təhsildə dəyişiklik, liderlik, məktəb inkişafı kimi mövzulardan danışır. Bir çox nüfuzlu mükafatlar, eləcə də müəllifi olduğu “Fin dərsləri: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələri öyrənə bilər?” (Finnish Lessons: What Can the World Learn from Educational Change in Finland) adlı kitabı ilə dünyanı dəyişdirmə potensialı ideyasına görə “Grawemeyer” mükafatını qazanıb.

Pasi Sahlberg “Uşaqlar oynasın: oyunlar məktəblərimizi xilas edəcək və uşaqları inkişaf etdirəcək” (Let the Children Play: How more play will save our schools and help children thrive) və “Müəllimlərə güvənirik: dünya səviyyəli məktəblər üçün Fin yolu”  (In Teachers We Trust: The Finnish way to world-class schools) kitablarının həmmüəlifidir. 2021-ci ildə “Fin dərsləri 3.0: dünya Finlandiyadakı təhsil dəyişikliyindən nələr öyrənə bilər?” (Finnish Lessons 3.0: What Can the World Learn from Educational Change in Finland) adlı yeni kitabı çap edilib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?