Prezident İlham Əliyevin Brüssel səfəri kifayət qədər məhsuldarlıqları ilə yadda qaldı və bu məhsuldarlıq ilk növbədə Azərbaycanın Avropa miqyasındakı əhəmiyyətini nümayiş etdirdi. NATO-Azərbaycan münasibətləri yalnız hərbi əməkdaşlıq kontekstində deyil, həmçinin enerji təhlükəsizliyi kontekstində də qurulub. Bu xüsusda Azərbaycanın adıçəkilən hərbi alyansla əməkdaşlığı dərin köklərə əsaslanır. NATO-da Bakının yeri və rolu daim yüksək qiymətləndirilib. Yəni enerji təhlükəsizliyinə qədər də Bakının yeri və rolu daim yüksək qiymətləndirilib. Brüsseldə, NATO-nun mənzil-qərargahında keçirilən toplantıda da iştirak edən dövlət başçımızın diqqətinə çatdırıldı ki, alyans Azərbaycanın Əfqanıstandakı fəaliyyətini yüksək qiymətləndirir, xüsusilə Əfqanıstanda baş vermiş hadisələr zamanı Kabil hava limanının mühafizəsi, on minlərlə əfqanın hava limanı vasitəsilə təxliyyəsi prosesində Azərbaycan sülhməramlılarının fəaliyyətləri ölçüyəgəlməz dərəcədə alqışlanır. Öz işlərinin öhdəsindən yüksək səviyyədə gələn hərbçilərimizin peşəkarlıqları isə sübut edir ki, Azərbaycan daim öz sülhpərvərlik missiyasını icra etməkdə maraqlıdır və hazırdır. Azərbaycan enerji təhlükəsizliyi sahəsində ciddi işlər görməklə yanaşı, enerji təminatçısı kimi də öz töhfəsini verir. Əbəs deyil ki, Azərbaycan NATO-ya üzv olan dörd ölkə üçün etibarlı təbii qaz təchizatçısıdır. Proseslər də onu göstərir ki, bu ölkələrin sayı artacaq. Habelə, Yens Stoltenberq də xatırladıb ki, NATO-nun 20-yə yaxın ölkəsi Azərbaycandan neft idxal edir. Bu, həmçinin regional sabitlik, təhlükəsizlik üçün mühümdür. Çünki enerji təhlükəsizliyi artıq ölkələrin milli təhlükəsizliyinin bir hissəsidir. Bu bəyanat da belə qənaətə gəlməyə zəmin yaradır ki, NATO-nun 24 ölkəsi Azərbaycanın neft-qaz sektoruna bağlıdır. Ölkəmizlə əməkdaşlıq çərçivəsində Bakının hərbi alyansla əlaqələri möhkəmlənmək yüksəlişindədir.
Bu gün Ukrayna, Gürcüstan kimi Qərb siyasi inteqrasiyalı postsovet ölkələri NATO-ya üzvlük barədə müraciətlər ünvanlayırlar.Lakin həmin müraciətlər hələ də sual altında qalır. Yəni daha dəqiq desək, bu ölkələrin NATO ilə sıx əməkdaşlıqlarına baxmayaraq, hərbi alyansda müəyyən tərəddüdlər də qalmaqdadır. Ancaq Azərbaycanla münasibətdə hər şey əksinədir – etimad və münbit yaxınlaşma, eləcə də Bakının roluna verilən yüksək qiymətlər Azərbaycan-NATO əməkdaşlığını sürətləndirməkdədir. Söz yox ki, biz yaxın gələcəkdə proseslər çərçivəsində növbəti yeniliklərin də şahidlərinə çevriləcəyik. İstər enerji təhlükəsizliyi, istər enerji təminatı, istərsə də regional təhlükəsizlik məsələlərində Bakının mövqeyi hər zaman əhəmiyyətli dərəcədə diqqətə alınır. Bundan sonra da alınacaq