ADPU-nun Quba filialının müəllim kollektivinin timsalında müəllim adına hər zaman ləyaqətlə xidmət edən, müəllim adını şərəflə daşıyan, müəllimlik missiyasını vicdanla yerə yetirən Azərbaycan müəllimini təbrik eidirk.
Hər bir insanın həyatında ona “Ana”, “Vətən” kəlmələrini yazdıran, oxudan, onu savadlı insan kimi formalaşdıran, ləyaqətli vətəndaş kimi yetişdirən, şəxsiyyət kimi tanıdan müəllimləri olmuşdur. Məhz həyatımız boyu o müəllimlərimizin varlığına, əxlaqına borclu olmuşuq.
Bu gün də Azərbaycan müəllimi bütün çətinliklərə sinə gərərək öz missiyasını, vəzifəsini şərəflə yerinə yetirir. 44 günlük Vətən savaşında Qarabağ cəbhəsində düşmənin başına zərbələr endirən, ərazi bütövlüyümüzü qanı, canı bahasına qazanan müzəffər ordumuzun yetişməsində müəllimlərin əməyi də sonsuzdur. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hər bir qəhramanın qarşısında müəllim qürurumuzla baş əyirik.
Əziz müəllimlər, bir daha sizləri 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə “Qazax” Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin adından səmimi-qəlbdən təbrik edirəm! Müəllim adına layiq olan şərəfli müəllimlərin qarşısında baş əyərək, yolunuz daim uğurlu olsun deyirəm. Dünyadan köçən müəllimlərimizə Allahdan rəhmət, qalanlarına can sağlığı arzu edirik.