“Böyük Zəfərin Qubadlı səhifəsi”

25.10.2023
“Böyük Zəfərin Qubadlı səhifəsi”

25 oktyabr 2023-cü il tarixində ADPU-nun Quba filialında Şəhid Miqdad Abduləlimov adına auditoriyada Riyaziyyat və təbiət elmləri fakültəsinin təşkilatçılığı ilə Qubadlı şəhərinin işğaldan azad olunması münasibətilə Qubadlı şəhəri gününə həsr olunmuş “Böyük Zəfərin Qubadlı səhifəsi” tədbiri keçirilib.

Tədbir, Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi və ulu öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib

Konfransda Filialın direktoru fizika elmləri doktoru dosent, Qabaqcıl təhsil işçisi Yusif Alıyev geniş və məzmunlu məruzə ilə çıxış edib.

RTE Fakültəsinin dekanı Nubar Bayramovanın moderatorluğu ilə davam edən tədbirdə Humanitar elmlər kafedrasının müəllimi Novruz Kərimov, TCM ixtisasının V tədris ili tələbəsi, 44 günlük Vətən müharibəsi iştirakçısı Səfa Mərdanov çıxış edib, XM ixtisasının I tədris ili tələbəsi Gülyanaq Əhmədova şeir deyib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?