Beynəlxalq Təhsil Günündə Quba filialına tələbə baxışı

24 Yanvar – Beynəlxalq Təhsil Günündə düşündüyümüz sual – Biz ADPU-nun Quba filialı olaraq təhsilimizə töhfə verə bildikmi? Ötən ildən bu ilə region ali məktəbi olaraq hansı nəticələr əldə etdik?
Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsi şanlı tariximizə qızıl hərflərlə yazılmış ən qürurverici hadisədir. Müstəqilliyin ilk illərində Azərbaycan çox ağır və ciddi sınaqlarla qarşılaşdı. Ölkədə təhsil müəssisələrinin maddi-texniki bazasının dağılması tendensiyası hökm sürürdü, dərsliklərin şagirdlərə pulsuz verilməsi dayandırılmışdı, məktəb yaşlıların icbari təhsilə cəlb olunması səviyyəsi aşağı düşmüşdü. Ən qabiliyyətli, bilikli, savadlı təhsil işçilərinin, xüsusilə ali məktəb müəllimlərinin müxtəlif peşələrə, ən yaxşı halda xarici ölkələrə beyin axını başlanmışdı. Müstəqilliyimizin ilk illərində ölkənin maliyyə çətinliyi qarşısında qaldığı, ən mühüm həyati əhəmiyyət kəsb edən sahələri belə maliyyələşdirməyə dövlətin vəsait ayırmağa çətinlik çəkdiyi bir vaxtda ulu öndər Heydər Əliyev təhsilə xüsusi qayğı göstərir, çətinliklərə baxmayaraq, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə artırılırdı.
Hər il ən yüksək bal toplayaraq ölkənin ali məktəblərinə daxil olan gənclər üçün xüsusi Prezident təqaüdünün, eləcə də istedadlı gənclər üçün fəxri təqaüdlərin, Prezident fərmanı ilə “Qızıl kitab”ın təsis olunması bu qayğının bariz nümunəsi idi.
Təhsilin inkişafı ilə bağlı dövlət siyasətinin istiqamətlərindən biri də hər bir insanın təhsil haqqının təmin olunmasıdır. Azərbaycan vətəndaşlarının xaricdə təhsil imkanlarının artırılması istiqamətində dövlət tərəfindən qəbul edilən mütərəqqi addımlardan biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi oldu.
Beləliklə bütün çətinliklərə baxmayaraq dövlətimiz təhsilimizi ayaqda saxlayıb inkişaf etdirə bildiə
Hazırda isə dünyada 262 milyon uşaq, yeniyetmə oğlan və qızlar məktəbə getmir, 617 milyon uşaq və yeniyetmə oxumağı və adi hesabı bacarmır. Təxminən 4 milyon qaçqın uşağın məktəbə getmək imkanı yoxdur. Azərbaycan da 2021-cu ildə təhsilin inklüziv keyfiyyətlərinin artırılması üzərində çalışacaq. Artıq Təhsil Nazirliyi UNİCEF-lə birgə bununla bağlı məlumatlandırma kampaniyası həyata keçirməyə başlamışdır.
Təbii ki, təhsil və təhsil göstəricilərindən danışan zaman gözləmədiyimiz anda dünyanı cənginə alan “Covid-19” pandemiyasından və onun təhsil sisteminə ciddi təsirindən danışmamaq olmaz. Pandemiyanın ilk zamanlarından etibarən nəinki Azərbaycan təhsilində, ümumiyyətlə, bütün dünyada digər sahələr kimi təhsil sistemində də müəyyən axsamalar müşahidə olundu. Dövlətimizin düzgün siyasi strategiyası sayəsində tez bir zamanda yeni şərtlərə-reallığa uyğunlaşdıq. Bütün təhsil müəssisələri qısa bir müddətdə məsafədən – onlayn tədris prosesinə uyğunlaşaraq şagird və tələbələrin stabil inkişafı üçün əlindən gələni etdi. Bu zaman dövlətin dəstəyini də unutmaq olmaz. Belə ki, dövlət dəstəyi ilə rayonlar üzrə kompüter və internetlə təchiz olunmuş xüsusi guşələr yaradılmışdır ki, maddi çətinliklərdən dolayı texniki problemlərlə üzləşən şagird və tələbələr təhsillərinə maneəsiz olaraq davam edə bilsinlər. Bəli hər kəs, hər qrum əlindən gələni etdi.
Lakin ADPU-nun Quba filialı əlindən gələndən daha artığını etdi. Əlində olan imkanlardan yüz yox, bəlkə iki yüz-üç yüz faiz istifadə etdi. Belə ki, geridə qoyduğumuz müddətdə məqsədimiz təhsil keyfiyyətinin sadəcə olaraq pandemiya öncəsi səviyyəsini qorumaq olmayıb. Əksinə filialımız qısa zamanda ölkə təhsilində daha böyük paya sahib olmaq və beynəlxalq arenaya açılmaq kimi hədəflərinə uğurla addımladı və bu getdikcə daha böyük vüsət almağa başladı. Filialın direktoru dosent Yusif Alıyevin rəhbərliyi və təşəbbüsü ilə internetin, texnologiyanın imkanlarından istifadə edilməyə başladı. Filialda tələbələr üçün onlayn dərslərin keyfiyyəti, davamiyyəti və sistemliliyi bilavasitə direktor tərəfindən izlənildi, kitabxana şöbəsində elektron kitabxana yaradıldı, “PDF” fayllar yığıldı, tələbələrin istifadəsinə, əlçatanlığına şərait yaradıldı. Tələbələr üçün istər tədris, istərsə də təlim tərbiyə prosesində ümumi idarəetmə sistemi yaradıldı və uğurla həyata keçirildi. Tələbələrin asudə vaxtlarının təşkili ilə bağlı çoxlu layihələr görüldü.
Misal üçün 2020-ci ilin yaz semestrinin sonunda məhz APDU-nun Quba filialının təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələri və universitetlərinindən olan müəllim-professorların dəvət olunduğu onlayn tədbir keçirildi. Bundan əlavə mütəmadi olaraq xalqın ziyalıları və Natiq Mehdiyev kimi igid qazilərlə onlayn görüşlər keçirildi və bu gün də bu görüşlər sistemli şəkildə keçirilir. Bu görüşlərin qrafik sıxlığı o qədər çox, amma eyni zamanda universitetimizin daima savada, elmə, mədəniyyətə qaçan tələbələri üçün arzuolunandır ki, hətta imtahanların olduğu günlərdə belə səngimir. İmtahandan çıxan müəllim-tələbə kollektivi istirahətini həqiqətən elmlə, sənətlə, qəhrəmanlıq görüşlərinə qatılmaqla edir. Yeri gəlmişkən qeyd edim ki, filialımızda imtahan prosesi olduqca ədalətli bir formada təşkil olunub. Peşəkar müəllimlərimiz imtahan tapsiriqlarini çox böyük diqqət və həssaslıqla yoxlayib qiymətləndirirlər.
Biz bu gün böyük fəxarətlə qeyd edə bilərik ki, necə ki, dövlətimiz 2020-ci ili yeganə qalib dövlət kimi başa vurdusa, eləcə ADPU-nun Quba filialı da 2020-ci ili qalib unuversitet kimi başa vuranlardan oldu!

ADPU-nun Quba filialının TEC sədr əvəzi Azər Zahirov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir