Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə ADPU-nun Quba filialında “Yeni dövrün Azərbaycanı” mövzusunda XV Beynəlxalq beynəlxalq elmi konfrans keçirilib

21.05.2024
Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə ADPU-nun Quba filialında “Yeni dövrün Azərbaycanı” mövzusunda XV Beynəlxalq beynəlxalq elmi konfrans keçirilib

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 20 may 2024- cü il tarixində ümummili lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Azərbaycanşünaslığın aktual məsələləri: Tədqiqat, elmi diskurs, beynəlmiləlləşmə. Yeni dövrün Azərbaycanı“ mövzusunda XV Beynəlxalq elmi konfrans baş tutmuşdur. Qeyd edək ki, adıçəkilən konfransın əsas bölməsi 2-3 may 2024-cü il tarixlərində Bakı Slavyan Universitetinin binasında keçirilmişdir.

Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Slavyan Universitetinin, Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Sosial tədqiqatlar mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Konfransdan əvvəl ulu öndər Heydər Əliyevin Quba şəhərində yerləşən abidəsi ziyarət edildi, önünə gül dəstələri qoyuldu.

Dosent Yusif Alıyevin moderatorluğu ilə həyata keçirilən plenar bölmədə qonaqları salamladıqdan sonra Azərbaycan Respublikasının Dövlət Himnin səsləndirilməsi və müasir Azərbaycanın qurucusu və memarı ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi yolunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən sonra konfrans öz işinə başladı.

Moderator dosent Yusif Alıyev Filial üçün konfransın əhəmiyyətinə diqqət çəkib, respublikanın qabaqcıl universitetləri ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib. Həmçinin filialda kadrların elmi uğurlarının kifayət qədər olmasını da diqqətə çatdırıb, elm yolunda atılan istənilən addım üçün, Azərbaycan təhsilinin inkişafına xidmət edəcək istənilən layihə üçün hər zaman bütün kollektivlə hazır olduqlarını bildirib.

Daha sonra konfransın davamında qonaqları Quba rayon İcra Hakimiyyəti adından salamlamaq üçün kürsüyə Quba rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abasova dəvət olundu. Növbəti olaraq isə kürsüyə Bakı Slavyan Universitetinin rektoru, konfransın Təşkilat Komitəsinin sədri dosent Anar Nağıyev dəvət olundu. Dosent Anar Nağıyev konfrans iştirakçılarını və qonaqları salamladıqdan sonra ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi müstəsna tarixi xidmətlərindən, siyasi irsinin əhəmiyyətindən danışdı. Rektor konfransın əsas məqsədlərindən biri kimi Qərbi Azərbaycan məsələlərinə, Azərbaycan şünaslığa və digər mövzulara həsr olunmuş tədqiqatların, məruzələrin təqdim olunacağı haqqında bildirdi. Həmçinin Bakı Slavyan Universiteti ilə ADPU-nun Quba filialı arasında əlaqələrin davamlılığından və konfransın da bu səbəbdən ADPU-nun Quba filialında keçirilməsinin təsadüfi olmamasından bəhs etdi.

Daha sonra çıxış üçün söz konfransa onlayn şəkildə, ZOOM platforması üzərindən qoulan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru professor mahir xanım Hüseynova verildi. Professor Mahirə Hüseynova Bakı Slavyan Universitetinin təşkilatçılığı ilə təşkil ediklən belə bir mötəbər konfransın bölməsinin Quba filialında keçirilməsinin böyük əhəmiyyətinin olduğunu bildirdi. Qeyd etdi ki, Qərbi Azərbaycan mövzusunda tədqiq edilən bütün elmi problemlərin öyrənilməsinin və araşdırılmasının metodoloji əsasında bu cür konfranslar müstəsna rol olynayır ki, bunlara da regionda çalışan alimlərin dəstək verməsi çox vacibdir.

Daha sonra konfrans öz işini Bölmə iclaslarında – Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri professor Piralı Əliyev və Bakı Slavyan Universitetinin Diplomatiya

və xarici siyasət kafedrasının müdiri professor Əsgər Əhmədin rəhbərliyi ilə davam etdirildi. Bölmə iclasında iyirimiyə yanın məruzə dinlənilmiş, həmçinin onlayn formada xarici tərəfdaşların da qatılması ilə maraqlı çıxışlar olmuşdur.

Sonda iştirakçılara sertifikatlar təqdim edilmiş və xatirə şəkilləri çəkdirilmişdir.

Konfrans bölmə iclasında məruzələrin dinlənilməsi, fərqlənən məruzələrə sertifikatların təqdim edilməsi və xatirə şəklinin çəkdirilməsi ilə davam etdi.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?