Azərbaycan ordusu ulu öndər Heydər Əliyevin quruculuğunda

04.07.2024
Azərbaycan ordusu ulu öndər Heydər Əliyevin quruculuğunda

26 İyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Azərbaycan ordusu ulu öndər Heydər Əliyevin quruculuğunda” adlı tədbir keçirilib

Tədbirdən əvvəl filial əməkdaşları tərəfindən Quba şəhərində yerləşən Şəhidlər Xiyabanı ziyarət edilib. Daha sonra filialın direktoru dosent Yusif Alıyevin, Şəhid ailələrinin, qazilərin iştirakı ilə keçirilən tədbir filialın Heydər Əliyev lektoriyasının müdiri Nəhayət Şirinovanın moderatorluğu ilə açıq elan edilib.

Tədbirdə əvvəlcə Filialın direktoru dosent Yusif Alıyev çıxış edib, Şəhid ailələrini, qaziləri salamlayıb, bu əlamətdar günün tarixi haqqında geniş və məzmunlu şəkildə danışıb: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinə göstərilən dövlət qayğısının ən bariz nümunəsi Ulu öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Sərəncamı ilə Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyun tarixinin Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmasıdır. Artıq 4 ildir ki, Silahlı Qüvvələr gününü müzəffər xalq və müzəffər ordu olaraq qeyd edirik.”deyə vurğulayıb.

Tədbirdə həmçinin Əməkdar mədəniyyət işçisi Elza Orucova, Şəhid kapitan Aqil Məlikovun həyat yoldaşı Günel Məlikova, Şəhid Seymur Qocayevin anası Rəsmiyyə Orucova, qazilər Tarıyel Ağasıyev, Rəşid Əhmədov, tələbə Günəş İskəndərov ordumuzun, əsgərlərimizin qəhrəmanlıqları haqqında çıxış ediblər.

Tədbirdən sonra şəhid ailələri və qazilərlə görüş səmimi çay süfrəsi ətrafında davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?