Azərbaycan tarixən birgəyaşayış modelinin universal nümunəsi olmuşdur.

Ölkəmizdə bü günə qədər dini və  milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. Müxtəlif xalqların nümayəndələri ölkəmizdə əsrlər boyu bir ailə kimi yaşayırlar. Onu da qeyd etmək lazımdır ki, hazırda  Azərbaycanda minlərlə erməni yaşayır. Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər  də Azərbaycan vətəndaşlarıdır. Ölkəmizdə fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur.
Uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfra endirilməsi prioritet vəzifələrdən biridir. Müharibədən sonra Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında bəzən açıq formatda, bəzən qeyri-rəsmi formatda təmaslar qurulur, görüşlər keçirilir və bu proses müsbət istiqamətdə davam edir. 10 noyabr 2020-ci il tarixində imzalanmış Bəyanat bunun üçün zəmin yaradır. İmzalanmış Bəyanata sadiqlik nümayiş etdirməklə regionda sülh təmin olunacaqdır. Birgəyaşayışın əsas üsulu əməkdaşlıqdır. Azərbaycanın məqsədi artıq üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaqdır. Bu baş tutsa, Ermənistan da mənfəət əldə edəcək, sülhün xeyrini görəcəkdir.

ADPU Quba filialın təlim-tərbiyə üzrə direktor müavini Aysel Şeydayev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir