Azərbaycan Ordusunun cəbhədəki zəfəri ilə yanaşı, siyasi müstəvidə də qələbə qazandıq.

12.11.2020
Azərbaycan Ordusunun cəbhədəki zəfəri ilə yanaşı, siyasi müstəvidə də qələbə qazandıq.

Vətən müharibəsinin bizim qələbəmizlə başa çatmasını Silahlı Qüvvələrimizin Ali Baş Komandanı, Prezident İlham Əliyevdən eşitdik. Son 30 ildə ölkəmizin ən ciddi problemi sayılan Dağlıq Qarabağ münaqişəsi qloballaşan dünyanın hazırkı durumuna uyğun şəraitdə Azərbaycan xalqının xeyrinə həll olundu.

Bu fikirləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru, dosent Yusif Alıyev söyləyib.

O bildirib ki, bu günlərdə oğlunu Vətən uğrunda döyüşə göndərən ata-ana onun səngərdən gələn qəhrəmanlıq sədasına sevinib. “Şəhid olmuş oğlunun Azərbaycan Bayrağına bükülü tabutu önündə şəstlə dayanıb “Vətən sağ olsun!” – deyərək göz yaşlarını gözündə donduran ataların, anaların böyüklüyünü gördük. Qarşılarında baş əyirik. Heç bir əsgər qanından, canından qorxmadı bu döyüşlərdə. 44 gündə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Hadrut, Şuşa, Suqovuşan, Talış uğrunda gedən döyüşlərdə hərb salnaməsinin şanlı səhifələrini yazdılar. Azərbaycan cəbhədə olduğu kimi, siyasətdə, diplomatiyada da uğur qazandı və düşmən məğlubiyyətini etiraf edərək, digər torpaqlarımızdan da çəkilməyə razılaşdı. Güclü Azərbaycan Ordusunun cəbhədəki zəfəri ilə yanaşı, siyasi müstəvidə də qələbəni təmin etdik. Böyük zəfərin mübarək, Azərbaycan! ”- deyə, Y.Alıyev bildirib.

https://azertag.az/xeber/Azerbaycan_Ordusunun_cebhedeki_zeferi_ile_yanasi_siyasi_mustevide_de_qelebe_qazandiq-1639393#.X6vefs7EypM.whatsapp.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?