Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 2 Fevral – Azərbaycan Gəncləri Gününə həsr edilmiş “Azərbaycan gəncliyinin mənəvi, əxlaqi tərbiyəsinin formalaşmasında Heydər Əliyevin rolu” adlı elmi-praktik konfrans keçirilib.
Tədbir 2 fevral 2023-ci ildə saat 14:00-da, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının Heydər Əliyev lektoriyasında keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi ilə başlayıb, daha sonra Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Tədbirin moderatoru Filialın Təhsildə sosial psixoloji xidmət ixtisasının tələbəsi Günel Cəbrayılova olub.
Tədbirdə əvvəlcə “Azərbaycan gəncliyinin mənəvi, əxlaqi tərbiyəsinin
formalaşmasında Heydər Əliyevin rolu” adlı
məruzə ilə ADPU-nun Quba filialının direktoru, fizika elmləri doktoru, dosent Yusif Alıyev çıxış edib, qeyd edib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata
keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən
biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Daha sonra direktor öz çıxışında Ulu öndər Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir.” kəlamını diqqətə çatdırıb və bütün gəncləri filial kollektivi adından təbrik edib, onları daha vətənpərvər, daha savadlı və məsuliyyətli olmağa səsləyib.
Sonra tədbirdə tarix üzrə fəlsəfə doktoru, ADPU-nun Quba filialının Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi Təhminə Əliyeva, ADPU-nun Quba filialının Tarix, pedaqogika və sosial elmlər kafedrasının müəllimi İsmət Əhmədov, ADPU-nun Quba filialının İbtidai sinif müəllimliyi ixtisasının tələbəsi Səbinə Seyfullayeva çıxış edib, bildiriblər ki, Azərbaycan xalqı isə bu günü və sabahı üçün ulu öndərimiz Heydər Əliyevə borcludur. Ümummilli liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyirdi. Dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
Sonda filialın əməkdaşları – Səidə Rüstəmova, Nərmin Kürəbəyova, Lalə Beydullayeva, Emin Yarəmmədov və tələbələr ( Allahverdiyev Aydan Cəlal qızı, İskəndərova Nərmin Ramik qızı, Babayeva Əsmər İbrahim qızı, Cabbarova Lalə Rasim qızı,
Seyfullayeva Səbinə Etibar qızı, Qafarova Şəhla Novruz ) 2022-ci il ərzində uğurlu ictimai fəaliyyətlərinə və 2 Fevral Azərbaycan Gəncləri Günü münasibətilə filial rəhbərliyi tərəfindən təltif edilib, xatirə şəkli çəkdirilib.