Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə açıq elan edilib.
Giriş sözü ilə çıxış edən ADPU-nun Quba filialının Ədəbiyyat və dillər kafedrasının müdiri dosent Gülşən Ağabəy konfransın “Şuşa ili”nə həsr edilməsinin mahiyyətini, filialda dosent Y.Alıyevin rəhbərliyi ilə son illərdə TEC ənənəvi konfranslarının keçirilməsinin tələbələrin elmi tədqiqat işlərinə cəlb edilməsindəki əhəmiyyətini diqqətə çatdırıb, tələbələrə uğurlar arzu edib..Daha sonra ADPU-nun Quba Filialının Tədris və elmi işlər üzrə direktor müavini t.f.d İsmayıl Mahmudov, ADPU-nun Quba Filialının Pedaqoji fakültəsinin dekanı f.f.d.Qələmşah İdrisov, ADPU-nun Quba Filialının Keyfiyyətin təminatı şöbəsinin müdiri Pərvanə Rzayeva “Filialda tələbələrin elmi işlərinin keyfiyyətinin artırılması istiqamətində görülən işlər haqqında, Tələbə Elmi Cəmiyyətinin sədr müavinləri Zəhra Məmmədova və Ağayar Məmmədov “TEC-nin illik fəaliyyəti haqqında” danışıb, tələbə gənclərə uğurlar arzu ediblər.Sonra bölmə iclasları haqqında məlumat verilib, təqdimat edən tələbələr dinlənilib, ən yaxşı tezislərin müəlliflərinə Diplomlar, iştirakçılara isə Sertifikatlar təqdim edilib, xatirə şəkli çəkdirilib.
Tədbirdə həmçinin filialın direktor müavinləri İ.Mahmudov, A.Şeydayeva, direktor köməkçisi M.Əliyev, İKT şöbəsinin müdiri Y.Abayev, Kitabxana və elektron resurslar şöbəsinin müdiri S.Hacıyeva, Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının müdiri dos.G.Həmzəyev, İKT şöbəsinin müdir müavini H.Musayev, GTŞ sədri E.Əhmədov, Heydər Əliyev lektoriyasının rəhbəri L.Nurullayeva, müəllimlər p.ü.f.d E.Axundova, p.ü.f.d L.Kərimova, , K.Bayramova, A.Şıxbabayeva, G.Xudayarova da tələbə gənclərə uğurlar arzu edib, onların elmi istiqamətdə inkişafları üçün bundan sonra da əllərindən gələni əsirgəməyəcəklərini diqqətə çatdırıblar.