ADPU Qubada “XXl əsr -Türk dünyası əsridir” mövzusunda elmi – nəzəri konfrans baş tutub

24.05.2024
ADPU Qubada “XXl əsr -Türk dünyası əsridir” mövzusunda elmi – nəzəri konfrans baş tutub

Tələbələrin maariflənməsi istiqamətində yeni imkan – Quba filialında “XXl əsr -Türk dünyası əsridir” mövzusunda elmi – nəzəri konfrans keçirilib

23 may 2024 cü il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Quba -Xaçmaz Regional Gənclər və İdman İdarəsinin və ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə “XXl əsr -Türk dünyası əsəridir” mövzusunda elmi -nəzəri konfrans keçirilmişdir.

Konfransın keçirilməsində məqsəd tarixçi ekspertlərin iştirakı ilə türk tarixi, həmçinin strateji tərəfdaşlıq imkanları haqqında gənclərin marifləndirilməsi idi.

İlkin olaraq Filialın Heydər Əliyev Lektoriyasının müdiri Nəhayət Şirinova qonaqları salamladı və öz çıxışı ilə konfransı açıq elan etdi.

MQT ixtisasının III tədris ili tələbəsi Nərmin İskəndərovanın moderatorluğu ilə davam edən konfransda əvvəlcə Quba -Xaçmaz Regional Gənclər və İdman İdarəsinin məsul əməkdaşı Mənsur Ağayev çıxışı ilə diqqət çəkdi. Beləki o, çıxışı zamanı ən qədim Türk Birlikləri və günümüzdə “TURAN“ idealogiyasına bəslənən etimad və dərin sevgi mövzusu üzərindən irəlilədi.

Daha sonra Filialın Humanitar və sosial elmlər fakültəsinin müəllimləri E. Şirinova ” Türk dilləri ailəsi və bu çərçivədə dilimizin mövqeyi” haqqında və t.f.d Təhminə Əliyeva “Türk dövlətlərinin tarixi” haqqında ətraflı məlumat verdi.

Konfrans Filialın tələbələri Günəş İskəndərovun Xalq şairi Bəxtiyar Vahabzadədən “ Azərbaycan -Türkiyə “şeiri və Nərmin İskəndərovanın ifasında Xalq şairi Zəlimxan Yaqubdan “Turan nədir” şeirini səsləndirmələrilə davam etdi.

Konfransın davamında yenicə TGT seçkilərində səs çoxluğu ilə qalib olan Nurlan Hüseynov da gənclərə təqdim edildi.

Konfrans xatirə şəkili ilə bağlı elan olundu

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?