ADPU-nun Quba filialında “Dilimiz və tariximiz” adlı “Xəmsə” Milli İntellektual Oyunu keçirilib

01.08.2022
ADPU-nun Quba filialında “Dilimiz və tariximiz” adlı “Xəmsə” Milli İntellektual Oyunu keçirilib
1 Avqust Azərbaycan Dili və Əlifbası Gününə həsr olunmuş yarışda bu dəfə gənclər deyil, universitetin direktoru, müəllim və əməkdaşları iştirak edib. Komandalar püşkatma üsulu ilə təyin olunub.
Gərgin mübarizənin sonunda “Quba” komandası 5600 xalla yarışın qalibi adını qazanıb. II və III yerləri isə müvafiq olaraq “Fırtına” və “Şahdağ” komandaları tutub.
Yarışın qalibi olmuş komanda diplom və kubokla mükafatlandırılıb.
Qeyd edək ki, “Dilimiz və tariximiz ” adlı “Xəmsə” MİO Gənclərin İnkişaf və Karyera Mərkəzinin Quba nümayəndəliyinin və ADPU-nun Quba filialının Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilib.
Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?