ADPU Quba filialının rəhbərliyi şəhid ailəsini ziyarət etdi

Bu gün ADPU- nun Quba filialının direktoru dosent Yusif Alıyevin təşəbbüsü ilə filialın bir neçə əməkdaşı Quba rayon İqriq kənd sakini, 44 günlük Vətən müharibəsində Murov, Füzuli, Cəbrayıl istiqamətlərində döyüş yolu keçmiş Əzizov Şəhriyar Şirinbala oğlunun ailəsi ilə görüşüblər. Görüşdə filialın direktor köməkçisi Mürvət Əliyev, İKT şöbəsinin müdir müavini Hikmət  Musayev, Keyfiyyətin Təminatı şöbəsinin baş mütəxəsisi Emin Yarəmmədov iştirak ediblər.
Dosent Yusif Alıyev qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin hərbi sərkərdəliyi ilə Azərbaycan Ordusunun böyük qəhrəmanlıq səlnaməsi yazdığını söyləyərək Şəhriyar kimi igid oğul böyütdüyünə görə şəhidin valideynlərinə minnətdarlığını bildirərək filial əməkdaşları adından da şəhidin ailə üzvlərinə ehtiramını və başsağlığını çatdırıb. Qeyd edib ki, məhz belə qəhramanların igidlikləri, canlarından keçməsi sayəsində Azərbaycan torpaqları 30 ildən sonra düşmən işğalından qurtularaq azadlığa qovuşub. Y. Alıyev bildirdi ki, şəhid ailələri daim dövlətin və hökumətun diqqətində olduğunu bilirik. Eyni zamanda bizlər də bu ailələri daim diqqət mərkəzində saxlayıb onlarla tez-tez görüşməliyik. Çünki, bu hər kəsin vətndaşlıq borcudur.
Şəhid Şəhriyar Əzizovun anası qəhrəmanımızı yad etdiyi, onların dərdinə şərik olduğu üçün filialın direktoru Yusif Alıyevə və kollektivə dərin minnətdarlığını bildirib. Oğlunun döyüş yolu, Vətən müharibəsindəki igidliklərdən söz açan ana onun Murov dağındakı, Cəbrayıl və Füzuli istiaqamətlərindəki döyüş yolundan fəxrlə danışıb. Bildirib ki, Şəhriyar Əzizov öz yoldaşları arasında “Dağ qartalı” ləqəbi ilə tanınıb və onun itkisi hər kəsi dərindən kədərləndirib. Şəhid anası yeganə təsəllisinin torpaqlarımızın azadlığa qovuşması olduğunu vurğulayıb.
Vətən müharibəsi şəhidinin ailə üzvləri ADPU Quba filialının kollektivinə müqəddəs Ramazan bayramı ərəfəsində onları yad etdiklərindən məmnun olduqlarını bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir