30 yanvar 2021-ci il tarixdə Qərbi Kaspi Universitetində “Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri və ətraf mühitin mühafizəsi” mövzusunda respublika elmi konfransı keçirilib. Konfransda beynəlxalq və milli mütəxəsisslər, elmi-pedaqoji işçilər, doktorantlar, dissertantlar, magistrlar, tələbələr, ekologiya üzrə regional təşkilat rəhbərləri və mütəxəssislər iştirak ediblər.
Konfransda Aqrar təsərrüfatların inkişafının yeni istiqamətləri, kimyalaşdırma və torpaq ekosisteminin mühafizəsi, müasir təsərrüfat komplekslərinin formalaşdırdığı yeni ekoloji təsirlər, Ərzaq təhlükəsizliyi probleminin həllində aqrar təsərrüfatların aparıcı rolu, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində ekosistemlərin bərpası, azad olunmuş torpaqlarda aqrar təsərrüfatların inkişaf perspektivləri istiqaməti üzrə respublikanın tanınmış alim və ziyalıları tərəfindən təqdimatlar keçirilmişdır.
Konfransda ADPU Quba filialının İKT şöbəsinin müdiri Yusif Abayev “ƏRZAQ TƏHLÜKƏSİZLİYİ DÖVLƏTİN MİLLİ TƏHLÜKƏSZİLİYİNİN ƏSAS TƏMİNATIDIR” məqaləsi ilə məruzə edib.
Abayev Yusif pdf