ADPU Quba filialının Elmi Şurasının iclasında bu məsələlər müzakirə edildi

ADPU Quba filialının Elmi Şurasının iclasında bu məsələlər müzakirə edildi

ADPU Quba filialın Elmi Şuranın növbəti iclası keçirilib. Saat 11:00-da Microsoft Teams platforması üzərindən baş tutan iclasda direktor Yusif Alıyev və elmi şuranın üzvləri iştirak ediblər.

İclasda 2019-2020-ci tədris ilinin kredit borclarının ləğvi ilə bağlı təşkil olunmuş yay semestrinin, 2020-2021-ci tədris ilinin payız imtahan sessiyasının nəticələri, pedaqoji təcrübənin təşkili, kitabxananın işi və tələbələrin mütaliəsinin təşkili vəziyyəti haqqında, həmçinin Tələbə və tədrisin idarə olunması şöbəsinin I yarımil üçün hesabatı dinlənilib. Hesabatlar Şura üzvlərinin açıq müzakirəsinə verilib.

Pedaqoji fənlər fakültəsinin dekan müavini Nübar Bayramova bildirib ki, yay məktəbi 22 iyul – 5 sentyabr tarixlərində 78 fənn üzrə 400-dən yuxarı tələbəni əhatə edib. Məktəbdə 14 fənn üzrə 46 tələbə iştirak edib və dərslər onlayn təşkil olunub. Hesabatda tələbə qiymətlərinin nə dərəcədə qənaətbəxş olmasından söz açılıb. Bildirilib ki, imtahan prosesinin şifahi şəkildə keçirilməsi şəffaflığı tam təmin edib.

İmtahan Qərargahının rəhbəri Sahilə Ağasıyeva qeyd edib ki, 2020-2021-ci tədris ilinin payız imtahan sessiyası 11 yanvar – 4 fevral tarixlərində tərtib olunaraq təsdiqlənmiş cədvəl əsasında təşkil edilib. Semestr ərzində filialda 845 nəfər təhsil alıb. Dərslər onlayn rejimdə keçirilib. Davamiyyətdən asılı olmayaraq bütün tələbələr imtahan sessiyasına buraxılıblar. Həmçinin onlayn prosesin idarə olunması məqsədilə elektron imtahan qərargahının yaradılması vurğulanıb. Hesabatda semestr üzrə müvəfəqqiyyət göstəriciləri sadalanıb.

Direktor Yusif Alıyev imtahan sessiyası yüksək səviyyədə, neqativlikdən kənar təşkil edildiyi üçün əməkdaşlara təşəkkür edib.

Daha sonra apelyasiya komissiyasının hesabatı dinlənib. Bildirib ki, şəffaflıq naminə bütün apelyasiya prosesləri videoqeydə alınıb. Elektron şəkildə keçirilən prosesdə  76 tələbə iştirak edib. 11 tələbə iştirakdan imtina edib. 45 tələbənin işində bal artımı olub, 31 işdə isə heç bir dəyişiklik müşahidə edilməyib. Prosesdə operativlik və şəffaflığın təminatı üçün maksimum çalışılıb.

Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova hesabatında təqaüdlərin verilməsi, dərs cədvəllərinin tərtib edilməsi, tələbə kontingenti, transfer və s. məsələlərə toxunub. Bildirib ki, yeni qəbul olunanların qeydiyyatı bitdikdən sonra ADPU-nun qəbul əmri əsasında əmr verilib və qruplaşma yeni qaydada təşkil olunub. Noyabr ayının statistikasına görə, filialın 845 tələbə kontingenti var. Hesabatda həmçinin imtahan sessiyasının təşkili və s. məsələlər müzakirə olunub. Bildirilib ki, nəticələr həm qruplar, həm ixtisaslar, həm də tədris illərinə görə təhlil olunub.  Təqaüd yerləri, təqaüd növləri və sayı barədə statistik məlumatlar təqdim edilib.

Daha sonra filialın direktor Yusif Alıyev tələbələrin sosial və psixoloji həyatının  mümkün qədər nəzarət altında saxlanılması barədə göstəriş verib. Bildirib ki, gələcəkdə filialda magistratura səviyyəsi üzrə təhsilin, həmçinin tədqiqat mərkəzinin açılması planlaşdırılır. Direktor çıxışında yeni sturukturun formalaşdırılması, sturuktur daxilində rasionallaşdırılmanın aparılması, əməkhaqlarının diferensiallaşdırılması üçün reytinq qiymətləndiriməsi kimi məsələlərə toxunulub.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?