TƏBRİK EDİRİK!
14 mart 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-ci ilin respublikamızda “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyəti nəzərə alınaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2 fevral 2024-cü il tarixli 4289 nömrəli Sərəncamı ilə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmiş Quba Rayon İcra Hakimiyyətinin başçısı Mahmudov İlqar Akif oğlunun, rayonunun sosial iqtisadi inkişafında və ictimai-siyasi həyatında xidmətləri olan Orucova Elza Qədir qızının və Quba rayon Ağsaqqallar Şurasının sədri Məmmədov İldırım Nurullah oğlunun iştirakı ilə tədbir keçirilmişdir. Həmçinin, tədbirdə Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayon Ağsaqqallar Şurasının üzvləri də iştirak etmişdir.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilməsi münasibətilə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Mahmudov İlqar Akif oğlunu, Filialın Humanitar elmlər kafedrasının müəllimi Orucova Elza Qədir qızını və Quba rayon Ağsaqqallar Şurasının sədri Məmmədov İldırım Nurullah oğlunu Filialın direktoru dosent Yusif Alıyevin və bütün professor – müəllim heyətinin, tələbə kollektivinin adından səmimi qəlbdən təbrik edir, uğurlarının davamlı olmasını arzu edirik.