ADPU Quba filialında qrup ümayəndələri ilə növbəti dəfə görüş keçirilib.

ADPU Quba filialında qrup ümayəndələri ilə növbəti dəfə görüş keçirilib.

ADPU Quba filialında sturuktur rəhbərlərinin qrup nümayəndələri ilə görüşü keçirilib. Saat 15:00-da Microsoft Teams platforması üzərindən keçirilən görüşdə tələbələrin problem və tövsiyələrin dinlənilməsi, onlar arasında işin inteqrasiya edilmiş şəkildə təşkili müzakirə olunub.

Görüşdə filialın Pedaqoji fənlər fakültəsinin dekanı Qələmşah İdrisov, dekan müavini Nübar Bayramova, Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova, İnformasiya və Komunikasiya Texnologiyaları şöbəsinin müdiri Yusif Abayev, tyutorlar, qrup nümayəndələri və digərləri iştirak ediblər.

Filialın Pedaqoji fənlər fakültəsinin dekanı Qələmşah İdrisov çıxışında bildirib ki, tədrisin təşkilində qrup nümayəndələrinin əlaqələndirici rolu əvəzedilməzdir. Həmçinin qrup nümayəndələrinin onlayn dərslər zamanı müşahidə etdikləri durumlar, tələbələr arasında maarifləndirici mədəni iş aparılması, birgə müsbət iş sferası və mühitinin yaradılması, distant sferada ünsiyyətin səmimi şəkildə qurulması məsələlərinə toxunub və smestr ərzində tələbələrə uğurlar arzulayıb.

Filialın Pedaqoji fənlər fakültəsinin dekan müavini Nübar Bayramova da qrup nümayəndələrini distant tədris şəratində ortaya çıxan çətinliklərin böyüməsinin qarşısının alınmasına çağırıb. Həmçinin qrup nümayəndələrinin işindən razılıq ifadə edib. Bununla yanaşı, dərs sonrası davamiyyətlə bağlı operativ məlumatların dekanlığa göndərilməsi, situativ hallar istisna edilməklə ötən semestrdə mənzərənin qənaətbəxş olması qeyd edilib. Tələbələrin xarakteristikası, müəllimlərlə rəftarın diqqətdə saxlanması, insani münasibətlərin tənzimlənməsi, tələbələrin tədbirlərdə iştirak, etiket qaydaları və s. gündəmə gətirilib.

Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova isə tələbə təqaüdlərinin verilmə qaydaları barədə məlumat verib. Bildirib ki, dövlət sifarişi əsasında təhsil alan tələbənin kredit borcu yarandıqda onun yeri vakant olaraq qalır və qaydaya uyğun olaraq əvəzinə başqa bir tələbə yerləşdirilir: “Siyahı yüksək göstəricilərdən aşağı göstəricilərə doğru yenidən işlənir. Dövlət sifarişli yeri nə qədərdirsə, o qədər tələbə təqqaüd alır. Bununla yanaşı, əlavə təqüd yerləri ayrılır. Fevralın 2-də Quba filialına 93 əlavə təqaüd yeri verilib. Bu, filial üzrə tələbələr arasında yalnız ödənişli tələbələr nəzərə alınmaqla xüsusi düstur əsasında hesbalanır. Hər ixtisas üzrə əlavə təqaüd yerləri artıq təyin olunub”.

Həmçinin bildirilib ki, təqaüdün bu şəkildə verilməsində məqsəd təhsildə sağlam rəqabətin yaradılmasıdır.

İnformasiya və Komunikasiya Texnologiyaları şöbəsinin müdiri Yusif Abayev ənənəvi tədrislə müqayisədə onlayn dərslərdə tələbə problemlərinin müşahidə olunmasının mümkünsüzlüyünü dilə gətirib. Bildirib ki, qrup nümayəndələrinin görülə bilməyən problemləri çatdırması idarəetməni və sturukturların işini asanlaşdırır. Həmçinin bu tip görüşlərin hər ayın sonunda təşkil ediləcəyi deyilib.

Daha sonra bir neçə fəal tələbənin təklif və problemləri dinlənilib. Tələbə suallarına cavab olaraq “Gələcəyin müəllimi” və adlı təqaüdlər barədə söhbət açılıb.

Tələbə və tədrisin idarə olunması şöbəsinin müdiri Mələk Bağırova bildirib ki, adlı təqaüdlər 3-cü tədris ilindən başlayaraq 3,4,5 kurslara verilir: İxtisaslar üzrə  “Ən yüksək göstərən bir tələbə, adlı təqaüdə layiq görülür. Adlı təqaüd semestr ərzində bir dəfə və 50 azn olmaqla verilir. Ümumilikdə  bütün ixtisaslar üzrə ən yüksək göstəriciyə sahib şəxs isə 100 manat dəyərində Heydər Əliyev adına Ali təqaüdə layiq görülür”.

Görüş tədris işinin onlayn qayada aparılmasına dəstək, dekanlıq və tədrisin idarə olunması şöbəsi ilə birgə işin aparılması, dərslərə qoşulma zamanı etik davranış qaydalarının gözlənilməsi, onlayn sferada müəllim-tələbə münasibətlərinin qurulması məsələləri ətrafında müzakirələrlə davam edib.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?