ADPU Quba filialında “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” adlı bilik yarışı təşkil olunub

ADPU -nun Quba filialında 23 noyabr 2022-ci il tarixində Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Gənclər və İdman İdarəsinin, Yurd Gənclərin İnkişafına dəstək İctimai Birliyinin təşkilatçılığı ilə tələbələr arasında Vətən müharibəsinə həsr olunmuş bilik yarışı keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfindən “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” gənclər arasında vətənpərvərliyin təbliği adlı layihə çərçivəsində Vətən müharibəsinə həsr olunmuş Nə? Harada? Nə zaman? formatında bilik yarışı keçirilib.
Tədbirin rəsmi hissəsində çıxış edən layihə rəhbəri, təşkilatın sədri Ramin Mahmudov bu layihənin əsas məqsədinin gənclər arasında vətənpərvərlik tərbiyəsinin yüksəldilməsinə dəstək vermək olduğuni bildirib.
Tədbirdə qonaq qismində iştirak edən Quba Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Mənsur Ağayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktor müavini Aysel Şeydayeva bu əhəmiyyətli tədbiri Quba rayonunda, ADPU-nun Quba filialında təhsil alan tələbə-gənclər üçün təşkil etdiklərinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.
Rəsmi hissədən sonra keçirilən bilik yarışında . ADPU Quba filialının müxtəlif ixtisaslarında təhsil alan tələbə-gənclərdən ibarət 6 komanda mübarizə aparıb. Yekunda “Big Bang” komandası birinci, “Sirius” komandası ikinci, “Difai” biliciləri isə üçüncü yeri tutub.
Qalib və mükafatçılar Diplom, kubok və medallarla təltif edilib.
Tədbirdə iştirak edən hər bir şəxsə Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarından olan 185 nəfər Vətən müharbəsi şəhidi haqqında hazırlanmış “Ölümü ilə ölümsüzləşənlər” adlı kitablar hədiyyə edilib.
Qeyd edək ki, layihə çərçivəsində bu günədək Siyəzən, Şabran, Qusar və Xaçmaz rayonlarında da yeniyetmə və gənclərin iştirakı ilə tədbirlər keçirilib. Növbəti tədbirin Quba məktəbliləri arasında keçirilməsi nəzərdə tutulub.