ADPU Quba filialında Pi gününə həsr olunan tədbir keçirilib

ADPU Quba filialında Pi gününə həsr olunan tədbir keçirilib

ADPU Quba filialının Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nurbala Süleymanov və filialın Riyaziyyat İnformatika Müəllimliyi ixtisasının 5-ci tədris ili tələbələrinin təşkilatçılığı ilə 14 Mart Ümumdünya Pi Gününə həsr olunan tədbir keçirilib.

Saat 19:00-da  Zoom platforması üzərindən baş tutan tədbir filialın direktoru Yusif Alıyevin çıxışı ilə başlanıb. Direktor çıxışında gələcəkdə filialda tələbə əməkdaş komitəsinin yaradılacağını və belə tədbirlərin daha sıx təşkil olunacağını qeyd edib. O, tələbələr üçün bu tədbirlərin önəmindən bəhs edib və onları belə tədbirlərdə fəal iştirak etməyə çağırıb.

Təbiət fənləri və onun tədrisi metodikası kafedrasının baş müəllimi Nurbala Süleymanov Pi-nin mahiyyəti və önəmindən danışıb. Onun rəqəmsal mühitin bir hissəsi olduğunu, sonsuzluğa qədər davam edən rəqəmlərdən ibarət olduğunu vurğulayıb. Pi gününün əhəmiyyəti, onu xüsusi edən məqamlardan danışıb. Gənclərin sosial aktivliyi pandemiya dövründə vaxtın səmərəli təşkilinin zəruriliyini vurğulayıb. Tələbələrə Pi-dən sonrakı rəqəmlərin sayı qədər xoş günlər arzulayıb.

Daha sonra Pi ədədi haqqında məlumatlardan ibarət təqdimat nümayiş etdirilib. Pi ilə bağlı qeydə alınan rekordlar xatırlanıb.

Növbəti çıxış ilk azərbaycanlı qadın riyaziyyatçı alim Maya Hacıyeva barədə məlumat verilib.

Ardıcıl olaraq 2001B qrup tələbələrinin birgə hazırladığı video, azərbaycanlı alim Nəsirəddin Tusi,  Fibonacci sayları barədə məlumatlar səsləndirilib.

Tədbir iştirakçıları və təşkilatlarına təşəkkür ifadə edilib. Tədbir Xudayar Yusifzadənin tarixə yazılan ifası ilə başa çatıb.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?