ADPU Quba filialında “Enactus Regionlarda” layihəsinin təlimlər sessiyasının ilk günü uğurla başa çatmışdır.

25.07.2021
ADPU Quba filialında “Enactus Regionlarda” layihəsinin təlimlər sessiyasının ilk günü uğurla başa çatmışdır.

24 iyul tarixində Quba şəhərində yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında “Enactus Regionlarda” layihəsinin təlimlər sessiyasının ilk günü uğurla başa çatmışdır.

Layihə təşkilatçıları və Universitetin kollektivi təlimdən öncə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılan abidəsini və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında keçirilən təlimlərin ilk günü universitetin direktoru Yusif Alıyev, KOBİA-nın Quba-Xaçmaz koordinatorluğunun Quba KOB dostu Asif Cəfərov və Enactus Azərbaycanın layihə koordinatoru Rəşad Zeynalovun açılış nitqləri ilə başladı. Açılış mərasimindən sonra Rəşad Zeynalovun “Sahibkarlığın əsasları və Enactus” mövzusunda çıxışı baş tutmuşdur. Daha sonra təşkilatçılar tərəfindən təlimlərdə iştirak edən tələbələrin fəal interaksiyası və şəbəkələşməsinə töhfə verəcək oyunlar oynanılmışdır. Sessiyanın ilk günü Dövlət Turizm Agentliyinin Quba Destinasiya Menecmenti Təşkilatının direktoru Heybət Əliyevin moderatotluğu ilə “Regional turizmin inkişafının hədəfləri” mövzusunda keçirilmiş təlim ilə yekunlaşdı.

Qeyd etmək istərdik ki, “Enactus Regionlarda” layihəsi Azərbaycan Respublikasının Gənclər Fondu  / Azerbaijan Youth Foundation , Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) (@smb.gov.az ), Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi (@gmd.yes ) və Enactus Azərbaycanın (@enactus_azerbaijan ) birgə tərəfdaşlığı ilə baş tutur.

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?