ADPU Quba filialında 22 aprel Beynəlxalq Kitab Günü ilə əlaqədar tələbələrin Nadir Adilmanla görüşü keçirilib

23.04.2021
ADPU Quba filialında 22 aprel Beynəlxalq Kitab Günü ilə əlaqədar tələbələrin Nadir Adilmanla görüşü keçirilib

Bu gün saat 15:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının müəllim və tələbə heyətinin işgüzar inkişaf yazarı Nadir Adilmanla görüşü keçirilib.

Görüş filialın direktoru Yusif Alıyevin yazarı təqdim etməsi ilə başlanıb. Yazarın tərcümeyi-hal səsləndirilib və bildirilib ki, o, könüllülük fəaliyyəti barədə kitabları ilə xüsusilə məşhurdur. Vurğulanıb ki, Nadir Adilman həm də Azərbaycanda və xaricdə çap olunmuş 100-dən artıq elmi məqalənin, 5 elmi əsərin müəllifidir.  Direktor həmçinin yazarı yeni kitabının işıq üzü görməsi münasibətilə təbrik edib.

Nadir Adilov bütün iştirakçı və təşkilatçılara təşəkkürünü bildirib. Filiala gənclərin istiqamətlənməsi, karyera quruculuğu ilə bağlı əlindən gələn dəstəyi verməyə hazır olduğunu deyib. Təklif edib ki, gələcək kommunikasiya üçün önəmini nəzərə alaraq biznes inkişaf mütəxəssisləri, kommunikasiya menecerləri və digər ekspertlərlə tələbələrin görüşü təşkil olunsun.

Filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva tələbələrin bugünkü görüşə xüsusi marağını qeyd edib. Yazarın kitablarının artıq tələbələr tərəfindən oxunduğunu bildirib. Yazarın könüllülərə həsr olunan kitabından nümunələr səsləndirib.

Filialın ibtidai sinif müəllimliyi ixtisasının tələbəsi Səma Asəfova yazarın kitabları barədə ətraflı məlumat verib. Bildirib ki, əksər kitabarın məzmununda bağlılıq müşahidə edib. Kitablar xaricdə təhsil, karyera və inkişafa təşviq edir. “Gəncsən, başla” kitabının sujet xətti açıqlanıb.

Yazar həmçinin görüşdə Texnoloji Transfer və Kommersiyalaşdırma mərkəzinin görəcəyi işlərdən, gələcək planlarından bəhs edib. Bildirib ki, mərkəzin əsas məqsədi elm sferasını patent hesabına kommersiyalaşdırmaqdır.  Həmçinin yazar vurğulayıb ki, belə görüşlər əmək bazarında gənclərə işgüzar istiqamət verilməsi baxımından zəruridir. O həmçinin tədris proqramlarının innovativliyi, müasir standartlara cavab verməsindən bəhs edib. Tələbələrin kommuniksiyasızlıq probleminin dərinliyini vurğulayıb.

Filialın İKT şöbəsinin müdiri Yusif Abayev universitetlərin menecment fəaliyyətinin sual altında olması probleminə toxunub və KOBİA olaraq istehsal müəssisələri, dövlət və universitetlər arasında əlaqələrin yaradılmasından bəhs edib. Nadir Adilman bildirib ki, əmək bazarı üçün müqayisəli mühitin yaradılması olduqca vacibdir. İnsan resurslarının, biznes düşüncələrinin formalaşması istiqamətində işlərə ehtiyac var. Görüş zamanı həmçinin disant təhsil, onlayn həllər istiqamətində görülməli işlər, ünsiyyətin əmək bazarında rolundan danışılıb.

Görüşün həm də ADPU Quba filialı ilə gələcək əməkdaşlıqları inkişaf etdirmək, müəyyənləşdirmək baxımından önəmi vurğulanıb. Yazar bildirib ki, növbəti kitabının xarici nəşrlərindən gələn maliyyə vəsaitini internat məzunlarının təhsilinə xərcləməyi düşünür.

Sonrda N. Adilman ADPU Quba filialına bir sıra təkliflərlə çıxış edib. Filialın natiqlik məktəbinin konsepsiyasının yaradılması, “filialın dostları” klubunun yaradılması  təklif olunub.

Görüş tələbə və müəllim kollektivi ilə sual-cavab formatında davam edib.

 

Whatsapp
ADPU Quba filialı
ADPU Quba filialı
Salam! sizə necə yardımcı ola bilərik?